31-01-2023, 22:50 660

Ermənistan, həqiqətən də, Azərbaycanla sülh istəyirmi? - RƏY

"Cənubi Qafqaz sərvətlərlə zəngin Mərkəzi Asiya ilə resurslardan yoxsun olan Avropa iqtisadiyyatı arasında kəsişmə nöqtəsidir. Ermənistanla Azərbaycan arasında sülh təkcə ermənilərin və azərbaycanlıların deyil, bütün Avrasiyanın çiçəklənməsinə yol açacaq. Azərbaycanın 2020-ci il İkinci Qarabağ müharibəsində səs salan qələbəsi səhifəni vərəqləmək, hərbi əməliyyatları arxada qoymaq və beynəlxalq hüquqa əsaslanan münasibətləri normallaşdırmaq üçün tarixi imkan yaradıb".

"AVESTA.AZ" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov nüfuzlu "Newsweek" jurnalında dərc olunan məqaləsində bildirib.

"Bu fürsətdən istifadə etmək üçün Qərb Azərbaycanın nöqteyi-nəzərinin söykəndiyi təkzibedilməz faktları daha yaxşı başa düşməlidir. Təəssüf ki, Ermənistan, onun diasporu və xarici havadarları son vaxtlar bu faktların qabağını tutmaq üçün təbliğat kampaniyasına başlayıblar. Kampaniyanın birbaşa məqsədi Amerika və Avropa tərəfindən Bakıya təzyiq etməkdir. Daha uzunvədəli məqsəd 2020-ci ilin noyabrında Ermənistanın müharibədə məğlubiyyətini etiraf etdiyi zaman başlayan sülh prosesini pozmaqdır.

Dezinformasiya kampaniyası Ermənistanı Azərbaycanın Qarabağ bölgəsi ilə birləşdirən Laçın yolu boyunca baş verən hadisələrə yönəlib və iki əsas iddia irəli sürür. Birinci iddia ondan ibarətdir ki, azərbaycanlı ekoloqlar tərəfindən dekabrın 12-də başlayan yolun həmin “blokadası” Qarabağdakı etnik ermənilərin həyatını təhlükəyə atan humanitar fəlakətə yol açıb. İkincisi, bu, Azərbaycanın Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyindən imtina etmək səylərinin bir hissəsidir.

Gəlin, sözdə humanitar böhrandan başlayaraq, bu yanıltıcı iddiaları növbə ilə gözdən keçirək. Dərman, ərzaq və digər zəruri mallar da daxil olmaqla humanitar yüklər asanlıqla Qarabağa çatdırılır. Təcili tibbi və digər zəruri ehtiyaclarla üzləşən yerli sakinlər Ermənistana gedə və yol boyu geri qayıda bilərlər.

Hər hansı humanitar böhranın qarşısını almaq üçün Bakı Beynəlxalq Qızıl Xaç Komitəsinə yola əngəlsiz çıxış imkanı verir. O Rusiya sülhməramlılarına da sərbəst hərəkət imkanı verir. Ermənistanın ən böyük müttəfiqi olan Rusiyanın əsgərləri Qarabağ ermənilərinin fiziki təhlükəsizliyi ilə bağlı İrəvanı əmin etmək üçün istənilən beynəlxalq aktordan daha yaxşı mövqedədirlər.

Bu da bizi ikinci saxta iddiaya, daha dəqiq desək, Azərbaycanın Qarabağdakı etnik ermənilərin hüquqlarını inkar etməsi iddiasına gətirib çıxarır. Bunun niyə açıq-aşkar yalan olduğunu başa düşmək üçün tarixi kontekst tələb olunur, baxmayaraq ki, bu barədə tez-tez bəhs olunur. 1994-cü ildə başa çatan Birinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri Qarabağı və onun ətrafındakı digər Azərbaycan ərazilərini işğal edərək etnik azərbaycanlılardan təmizləyib. Onlar yüzlərlə günahsız dinc sakini öldürüb, zorlayıb və işgəncələrə məruz qoyub, 800 000-dən çox insanı çox vaxt qışın şaxtasında evlərindən didərgin salıb, Xocalı qətliamı bu barbarlığın zirvəsi olub.

Cəzasızca törədilən və hələ də ədaləti gözləyən bu cinayətlər baş verərkən yaxşı sənədləşdirilib. Bunun ardınca beynəlxalq hüquq və dünyanın hər bir böyük gücü Qarabağın suveren Azərbaycan ərazisi olduğunu bir daha təsdiq edir və Azərbaycanın Qarabağ üzərində effektiv nəzarətinin tam bərpası ədalətli və davamlı sülhün əsası kimi qəbul edilir. Bu səbəbdən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən “tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını” tələb edir (hələ indi də Qarabağda Ermənistanın 10 000 hərbi qulluqçusu qalır. Bu, sülh və sabitliyi təhdid edən saatlı bombadır).

BMT bu qətnamələri 1993-cü ildə qəbul edib. Təxminən otuz il boyu azərbaycanlılar beynəlxalq ictimaiyyətdən onların icrasını səbirlə gözləyiblər. Bu əsnada Ermənistan, indiki kimi, vaxt uzadıb: sülhdən danışır, müharibəyə hazırlaşır, dezinformasiya yayırdı. Onun qüvvələri Azərbaycanın şəhər və kəndlərini qarət edərək, Azərbaycan mədəni irsinin hər bir əlamətini silib, yeraltı sərvətlərini talayıblar.

2020-ci ilə doğru Azərbaycanın səbri tükənmişdi. O, İkinci Qarabağ müharibəsində oğurlanmış torpaqlarını geri almaq əzmində olduğunu nümayiş etdirib.

10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda (Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı və İkinci Qarabağa son qoyan razılaşma) Ermənistan yerlərdə yeni reallığı qəbul etməyə və sülh qurmağa razılaşıb. Lakin o vaxtdan bəri Ermənistan Laçın yolundan sui-istifadə edərək Qarabağdan Ermənistana talan edilmiş Azərbaycanın mineral ehtiyatlarını ixrac edir, Qarabağda öz hərbi qüvvələrini qurmaq, yeni istehkamlar tikmək üçün üçüncü ölkə vətəndaşlarını cəlb edir, eyni zamanda azərbaycanlılara qarşı terrorunu davam etdirmək məqsədilə mina gətirdir.

Bunlar sülhə hazırlaşan ölkənin hərəkətləri deyil və Azərbaycan bu taktikalarla çox yaxşı tanışdır. O, Ermənistanın müharibəyə hazırlaşdığı müddətdə onu yenidən bitməz-tükənməz danışıqların toruna salmasına imkan verməyəcək. Laçın yoluna gəlincə, onun boyu istənilən hərəkətin şəffaflığına dərhal təminat verilməlidir.

Zaman vacibdir. Reallığa əsaslanan sağlam siyasət hələ də yeni faciələrin qarşısını ala bilər. İrəvan xəyallara və fantaziyalara arxalanmağı dayandırmalı, ağır faktlarla məşğul olmalıdır. Ermənistan və onun müttəfiqləri Qarabağ ermənilərindən kinli güc siyasəti oyununda piyada kimi istifadə etməkdən əl çəkməlidirlər. Sülh prosesinə dəstəkdə iştirak edənlər reallıqları düzgün anlasalar, Ermənistana keçmişin səhvlərindən qaçmağa və sülhü cəsurların etməyə kömək edə bilərlər", - Elçin Əmirbəyov qeyd edib.

Paylaş

Xəbər lenti

Hoteldə qətl: "Cəmiyyətə mənfi təsir edirdilər" Bu gün, 00:48 Aylardır qazılan yol niyə bərpa olunmur? Bu gün, 00:48 Azərbaycanda Bilik Günüdür Bu gün, 00:48 Bakının erməni-bolşevik birləşmələrindən azad olunmasından 108 il ötür Bu gün, 00:48 Köhnə nömrələr şəxsi məlumat və hesabların oğurlanmasına səbəb ola bilər: SOS Dünən, 23:48 Ermənistanın xilas ola bilmədiyi xəstəlik: Riyakarlıq və mənfur xislət Dünən, 23:48 Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək Dünən, 23:48 İranda səkkiz siyasi məhbus qadın edama məhkum edilib Dünən, 23:48 Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyat zamanı 1 613 şübhəli saxlanılıb Dünən, 23:48 "Bilik Günü"ndə Bakı sakinləri tıxaca necə hazırlaşırlar? Dünən, 22:48 Əkin sahələri susuzluqdan məhv olan sakinlər şikayətçidir Dünən, 22:48 Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? Dünən, 22:48 Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var Dünən, 22:48 Qərbin bir qərarı dünya müharibəsinə səbəb ola bilər Dünən, 21:48 Qardaşını həyat yoldaşına qısqanıb öldürdü: Xasay Quliyevə ağır cəza Dünən, 21:48 Azərbaycan Vyetnamdan ananas idxalını bərpa edib Dünən, 21:48 Finlandiya Fransanın nüvə çəkindirmə təşəbbüsünə qoşulub Dünən, 21:48 Lənkəranda üç yaşlı uşaq binadan yıxılıb Dünən, 21:48 Azərbaycan idmançıları dünya çempionatında 3 bürünc medal qazanıblar Dünən, 21:48 İlham Əliyev ona verilən 500 min ABŞ dolları məbləğində mükafatı Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib Dünən, 20:48 Müəllimə gül almaq neçəyə başa gəlir? - Paytaxt mağazalarında son qiymətlər Dünən, 20:48 "Neftçi" futbolçusu Elvin Camalovla yollarını ayırıb Dünən, 20:48 "Sülh Körpüsü" Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib Dünən, 20:48 Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb Dünən, 19:48 Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? - AÇIQLAMA Dünən, 19:48 2030-a doğru Qafqaz: Ən böyük investisiya döyüşü başlayır Dünən, 19:48 Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub Dünən, 19:48 Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan AÇIQLAMA Dünən, 19:48 İndoneziyada Semeru vulkanı 3 dəfə püskürdü Dünən, 18:48 Sosial şəbəkədə "Çevik" ləqəbi ilə tanınan Məqsəd Bağırov və Kamran Bilalov həbs olunub Dünən, 18:48 Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI Dünən, 18:48 Azərbaycan əməyin təhlükəsizliyi üzrə yeni dövlət standartları qəbul edib Dünən, 18:48 İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib Dünən, 18:48 Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb Dünən, 18:48 Azərbaycanda 11 modul tipli məktəb quraşdırılacaq Dünən, 18:48 Nazir: "Sertifikatlaşdırma nəticəsində 90 minə yaxın təhsil işçisinin maaşı artırılacaq" Dünən, 17:49 Nazir: "Bakalavr üzrə dörd illik ixtisasların bəzilərini üçillik etmək olar". Dünən, 17:49 AZAL-da rəhbər vəzifəyə YENİ TƏYİNAT Dünən, 17:49 Nazir: "Uşaqların adı məktəbdə, özü isə repetitor yanındadır" Dünən, 17:48 10 min dolları keçən onlayn gəlirlər mütləq vergiyə cəlb ediləcək Dünən, 17:48 Ramiz Mehdiyevin CİNAYƏT İŞİ məhkəməyə göndərildi - Digər müttəhim kimdir? Dünən, 17:48 Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır Dünən, 17:48 XX əsrin 5 ən böyük ekoloji fəlakəti – London dumanından Aral dənizinə Dünən, 17:48 Dövlət Komitəsinin sədri beynəlxalq konfransda çıxış edib Dünən, 17:48 Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir - RƏSMİ Dünən, 17:48 Emin Əmrullayev: "Azərbaycanda 21 yeni peşə təhsili müəssisəsi tikiləcək" Dünən, 16:48 Tanınmış jurnalistə yeni vəzifə verildi Dünən, 16:48 Emin Əmrullayev: "Şagird avtobusları ilə bağlı qərar hələ yoxdur" Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR