
Masazırda avtomobil piyadanı vuraraq öldürüb.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, Vahidov Vahim Xankişi oğlu idarə etdiyi "Mercedes Benz Viano" markalı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Duzlu göl adlanan ərazidə piyada Əzimov Zaur Zakir oğlunu vurub.
Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.