
Şəkidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə gecə saat 03:00 radələrində Şəki-Qax avtomobil yolunun Şəkinin İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Lada Priora" markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.
Qəza nəticəsində avtomobildə olan Laçın rayon sakini, 24 yaşlı Səbuhi Ağazadə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Avtomobildə olan daha üç nəfər – Şamaxı rayon sakini, 24 yaşlı Əzəlxan Vəliyev, Goranboy rayon sakini, 25 yaşlı Ruhin Əliyev və Mingəçevir şəhər sakini, 40 yaşlı Surxan Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər.
Hazırda onların tibbi müayinəsi aparılır, diaqnozları dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.