
Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur.
AVESTA.AZ APA-ya istinadən xəbər verir ki, bu, "Tullantılar haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Bununla, güzəşt və birdəfəlik ödəniş, habelə nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı funksiyaların icrasının təşkili və təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdiriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.