
İraq ABŞ-nin İrana qarşı sanksiyalarını əsas gətirərək İran milli futbol komandasını daşıyan təyyarənin Bəsrə aeroportuna enməsinə icazə verməyib.
BAKU.WS xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Nəticədə təyyarə İrana qayıdaraq Abadan hava limanına enib. Futbolçuların daha sonra quru yolu ilə Bəsrəyə yollanacağı bildirilib.
İran millisi İraq, Livan və Fələstin komandalarının da qatılacağı dördtərəfli turnirdə iştirak etmək üçün ölkəyə səfər edirmiş.
İraq tərəfi qərarını ABŞ-nin İran aviaşirkətlərinə qarşı sanksiyalarını pozmaq riskindən yayınmaqla izah edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.