
AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlılığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb.
Bu barədə AVESTA.AZ-ə AFFA-nın mətbuat xidmətindən məlumat verilib.
O, qadınlar arasında Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda keçiriləcək "OH Leuven" (Belçika) – "HB Köge" (Danimarka) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma noyabrın 11-də Belçikanın Leuven şəhərində yerləşən "Den Dreef" stadionunda baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.