
Bakının Nəsimi rayonu, İmran Qasımov küçəsində parklanma ilə bağlı narazılıq yaranıb.
Bu barədə məlumat AVESTA.AZ-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, ərazidə bəzi sürücülər maşınlarını səkidə park edirlər. Hətta şikayətçi iddia edir ki, AYNA səkiyə zolaq çəkərək parklanma təşkil edib.
Məsələ ilə bağlı AYNA-ya müraciət ünvanladıq. Bildirildi ki, sözügedən ərazidə parklanma yerləri dövlət avtomobil yolunun kənarında təşkil edilib, müvafiq nişanlar quraşdırılıb və nişanlanma xətləri çəkilib.
"Ərazidəki avtomobillər isə dayanma-durma qaydalarını pozaraq parklanma yerlərində deyil, səkidə saxlayıb. Avtomobil sahiblərini parklanma yerlərindən düzgün istifadə etməyə çağırırıq", - deyə məlumatda qeyd olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.