
Lənkəranda 56 yaşlı Rasim Qasım oğlu Qasımov iynədən şoka düşərək ölüb.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, R.Qasımov vəzifəli şəxs imiş.
Belə ki, o, "Azərişıq" ASC-nin idarələrinin birində sahə rəisi vəzifəsində çalışırdı.
*** 11:33
Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb.
AVESTA.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib.
1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasını dəyişib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.