
Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi ərazisində baş verən mina partlayışı səbəbilə xəsarət alan 1984-cü il təvəllüdlü (kişi) Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
AVESTA.AZ xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, ona sol saidin aşağı 1/3 hissəsinin travmatik amputasiyası, sol said sümüklərinin yerdəyişmiş sınığı, sol baldır sümüklərinin aşağı 1/3 hissəsinin yerdəyişmiş sınığı, sol aşağı ətraf oynağının çıxığı, eləcə də bədənin müxtəlif nahiyələrinin sıyrılmış yaraları diaqnozu təyin olunub.
Pasiyentə zəruri tibbi müdaxilələr göstərilib və cərrahi əməliyyata alınıb.
*** 16:00
Qırmızı Bazarda minaya düşən şəxs cərrahiyyə əməliyyatına alınıb.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, Xocavənd rayonunda baş vermiş mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Bərdə rayon sakini 1984-cü il təvəllüdlü İsgəndər Adil oğlu İsmayılov Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
O, Cərrahiyyə şöbəsindədir və əməliyyata alınıb.
*** 14:42
Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında noyabrın 11-də mina hadisəsi baș verib.
AVESTA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA), Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu birgə məlumat yayıb.
Bildirilib ki, 1984-cü il təvəllüdlü Bərdə rayon sakini İsmayılov İsgəndər Adil oğlu idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində İsmayılov İsgəndər müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.