
Şəmkirdə ağır yol qəzası nəticəsində iki nəfər ölüb 1 nəfər xəsarət alıb.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, qəza Qılıncbəyli kəndində qeydə alınıb.
Belə ki, "Toyota Land Cruiser" markalı avtomobilin aşması nəticəsində Qılıncbəyli kənd sakinləri; 1995-ci il təvəllüdlü Elgün Abbasov və həmyaşıdı Eşqin Abbasov ölüb, habelə daha bir nəfər xəsarət alıb.
Yaralı Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.