
Meqastar Tarkanla bağlı yeni iddialar yayılıb.
BAKU.WS xəbər verir ki, kulislərdə yayılan məlumata əsasən, sənətçi Kiprdəki lüks oteldə səhnəyə çıxmaq üçün 100 milyon lirə qonorar istəyib.
İfaçının yalnız bu qonorar qarşılığında həmin oteldə Yeni il gecəsi səhnəyə çıxa biləcəyi qeyd edilib.
Lakin bu məbləğ otel sahibi üçün olduqca böyük olduğundan tərəflər razılığa gələ bilməyib.
Tarkanın bu qədər böyük qonorar tələb etməsi xəbəri sosial şəbəkələrdə yayılaraq müzakirə mövzusu olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.