
İordan çayının qərb sahilində yerləşən Hebron şəhərində toy zamanı dəvəyə spirtli içki içirməyə çalışan bəy və üç qonaq İsrail polisi tərəfindən saxlanılıb.
AVESTA.AZ xarici KİV-ə istinadən xəbər verir ki, hadisə sosial şəbəkələrdə yayılan toy videosundan sonra üzə çıxıb.
Görüntülərdə qonaqlardan birinin dəvənin ağzına enerji içkisi tökdüyü görünür. Heyvan mayeni qəbul etmək istəməyərək onu tüpürməyə çalışır. Bundan sonra digər şəxs dəvəyə çubuqla zərbə endirir.
Görüntülər sosial şəbəkə istifadəçilərinin ciddi etirazına səbəb olub.
Saxlanılan şəxslərin ikisinin 26 və 27 yaşlı qardaşlar, digər ikisinin isə 53 və 59 yaşlarında olduğu bildirilir. Dörd nəfərin hamısı dindirilmək üçün polis bölməsinə aparılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.