12-11-2026, 14:48 100

Atasının ölümünə səbəb olan sürücüyə şərti cəza verilib

Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində 2025-ci il iyulun 13-də atasının ölümünə səbəb olan sürücüyə şərti cəza verilib.

BAKU.WS xəbər verir ki, bu barədə qərar Bakı Apellyasiya Məhkəməsində verilib.

Belə ki, yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan bir nəfərin ölümünə, dörd nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri almasına səbəb olmaqda təqsirli bilinən şəxsin barəsində çıxarılmış hökmdən verilən apellyasiya şikayətlərinə baxılıb.

İşin hallarına əsasən, hadisə 2025-ci il iyulun 13-də saat 22:10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində, Mehdiabad–Pirşağı şossesində baş verib.

Belə ki, "Kia Rio" markalı avtomobili idarə edən şəxs yaşayış məntəqəsində müəyyən edilmiş saatda 60 kilometr sürət həddini aşaraq 90–100 km/saat sürətlə hərəkət edib. O, qarşısında eyni istiqamətdə hərəkət edən "Hyundai Santa Fe" markalı avtomobili ötmək məqsədilə bütöv xəttin tələbini pozaraq əks hərəkət zolağına çıxıb.

Bu zaman sürücünün idarə etdiyi avtomobil qarşıdan gələn "Skoda Rapid" markalı avtomobillə toqquşub. Toqquşmadan sonra "Kia Rio" markalı avtomobil yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Yol-nəqliyyat hadisəsi nəticəsində "Kia Rio" markalı avtomobildə sərnişin qismində olan sürücünün atası aldığı ağır xəsarətlərdən həyatını itirib. Həmin avtomobilin digər iki sərnişininin sağlamlığına ağır, "Skoda Rapid" markalı avtomobilin sürücüsünün və sərnişininin sağlamlığına isə az ağır zərər dəyib.

Aparılmış məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizası nəticəsində müəyyən edilib ki, sürücü yol hərəkəti qaydalarının tələblərinə riayət etməyib və hadisənin qarşısını almağa texniki imkanı olub.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Hökmdən narazı qalan məhkum, eləcə də zərərçəkmiş şəxsin hüquqi varisi və digər iki zərərçəkmiş şəxs apellyasiya şikayətləri verərək cəzanın yüngülləşdirilməsini və Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti tətbiq edilməsini xahiş ediblər.

Apellyasiya şikayətlərində bildirilib ki, məhkum törətdiyi əməldən peşman olub, zərərçəkmiş şəxslərlə barışıq əldə edib və onlara dəymiş ziyanı ödəyib. Zərərçəkmiş şəxslər də məhkuma qarşı hər hansı şikayət və tələblərinin qalmadığını, onun azadlıqdan məhrum edilməsini istəmədiklərini bildiriblər.

Bununla yanaşı, hadisə nəticəsində atasını itirmiş məhkumun ailənin yeganə gəlir gətirən üzvü olduğu, onun azadlıqdan məhrum edilməsinin ailənin maddi vəziyyətinə ciddi təsir göstərəcəyi də məhkəmənin diqqətinə çatdırılıb.

Bakı Apellyasiya Məhkəməsi işin materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq birinci instansiya məhkəməsinin təqsirliliklə bağlı nəticəsini qanuni və əsaslı hesab edib.

Məhkəmə kollegiyası qeyd edib ki, şəxsin Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması iş üzrə toplanmış sübutların məcmusu ilə təsdiqlənib. Bununla belə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, təqsirkarın şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır.

Apellyasiya instansiyası məhkəməsi məhkumun əvvəllər məhkum olunmamasını, hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, həmçinin cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb.

Məhkəmə kollegiyası belə qənaətə gəlib ki, konkret işin halları məhkumun təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını real çəkmədən də islah olunmasının mümkünlüyünü göstərir. Bu səbəbdən Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi qanuni, əsaslı hesab edilib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayətləri təmin olunub, birinci instansiya məhkəməsinin hökmü cəzanın tətbiqi hissəsində dəyişdirilib. Məhkuma təyin edilmiş 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 2 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilib.

Paylaş

Xəbər lenti

Fulya Öztürk Leyla Əliyeva ilə videosunu onun sözlərinə bəstələnən mahnı ilə paylaşdı Bu gün, 00:48 Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi Bu gün, 00:48 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb Dünən, 23:48 Əliyar Ağayev UEFA Millətlər Liqası matçına təyinat aldı Dünən, 23:48 Bakıda mühüm tunelin tikintisində işlər dayanıb: Ərazidə nə işçi var, nə də texnika Dünən, 23:48 Portuqaliyada on minlərlə insan mənzil qiymətlərinin artmasına etiraz edir Dünən, 23:48 COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb Dünən, 23:48 Almaniya qaz qıtlığı riski səbəbindən kömür elektrik stansiyalarının işini bərpa edə bilər Dünən, 23:48 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi Dünən, 22:48 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi Dünən, 22:48 Bakıda təhlükəli vəziyyət: "Burada dəfələrlə qəza olub" Dünən, 22:48 Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü Dünən, 21:48 Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər Dünən, 21:48 İran turizm marşrutlarını Məşhəddən kənara genişləndirmək istəyir Dünən, 21:48 Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb Dünən, 21:48 Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb Dünən, 21:48 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı Dünən, 20:48 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb Dünən, 20:48 Bakı və London arasında tarixi razılaşma: Strateji tərəfdaşlıq nələri dəyişəcək? Dünən, 20:48 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi Dünən, 20:48 Zelenskidən Ukraynanın neytral statusu ilə bağlı bəyanat Dünən, 19:48 Azərbaycan FAMEX-ə dəvət edilib Dünən, 19:48 Qara dənizdə yük gəmisinə PUA hücumu olub Dünən, 19:48 "Naxçıvan" voleybol klubu ardıcıl ikinci qələbəsini qazanıb Dünən, 19:48 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər Dünən, 18:48 Görmə itkisinə aparan xəstəliklər hansılardır? Dünən, 18:48 Türkiyədə milyardlıq əməliyyat: Otel və əyləncə mərkəzləri müsadirə edildi Dünən, 18:48 SOCAR Türkiyədə nafta istehsalını 17 %-ə yaxın artırıb Dünən, 18:48 Sarı və narıncı xəbərdarlıq: Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi Dünən, 18:48 Bakı avtobuslarında sərnişin bumu Dünən, 17:48 Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb Dünən, 17:48 Mərdanovlar ailəsi aylardır qorxu içində: "O səs qulağımdan getmir" Dünən, 17:48 Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib Dünən, 17:48 Sabiq nazirə ağır itki üz verdi Dünən, 17:48 Büdcə üçün risk: Hesablama Palatası açıqladı Dünən, 17:48 SOCAR-ın Türkiyədəki zavodu sentyabrda aviayanacaq istehsalının həcmini açıqlayıb Dünən, 17:48 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb Dünən, 16:48 Rusiya modern "İsgəndər" raketləri ilə Ukraynanı ikiyə bölməyi hədəfləyir Dünən, 16:48 Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb Dünən, 16:48 STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 %-ə yaxın artırıb Dünən, 16:48 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib Dünən, 16:48 Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var Dünən, 15:48 Məşhur aktyorun bu fotosu ilə bağlı əsl həqiqət üzə çıxdı Dünən, 15:48 "Kəpəz" və "Gəncəbasar" komandaları yoxlama oyununda üz-üzə gəliblər Dünən, 15:48 Təbiətə qarşı laqeydlik: Bakıda bu bağ plastik tullantılarla zibillənib Dünən, 15:48 Kamran Əliyev argentinalı həmkarları ilə əməkdaşlığı müzakirə edib Dünən, 15:48 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş Dünən, 15:48 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi Dünən, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR