
Sosial şəbəkədə saxta elanlar yerləşdirərək vətəndaşların pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirən şəxslə bağlı polisə müraciətlər daxil olub.
AVESTA.AZ-in məlumatına görə, araşdırmalarla müəyyən edilib ki, həmin şəxs "TikTok" sosial şəbəkəsində "mobil_ordubadd" adlı saxta səhifə yaradaraq digər mağazalara məxsus mobil telefonların foto və videogörüntülərini paylaşıb.
O, telefonları ucuz qiymətə, faizsiz və güzəştli kredit şərtləri ilə satacağını vəd edərək 70-dən artıq vətəndaşı aldadıb və pul vəsaitlərini özünə məxsus bank kartlarına köçürüb.
Nəsimi rayonunda polisin keçirdiyi tədbirlərlə dələduzluq əməlini törədən Nihad Qurbanov saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.