
Azərbaycanda təhsil infrastrukturunun genişləndirilməsi istiqamətində daha bir layihənin həyata keçirilməsi nəzərdə tutulur. Respublika üzrə 11 ədəd modul tipli məktəb binası quraşdırılacaq.
AVESTA.AZ-in məlumatına görə, layihəni Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi həyata keçirəcək.
Məlumata əsasən, modul tipli məktəb binalarının quraşdırılması işlərinin ehtimal olunan dəyər 6 milyon 743 min manat təşkil edir.
Modul tipli məktəblərin quraşdırılması təhsil müəssisələrində mövcud yer çatışmazlığının aradan qaldırılmasına, şagirdlərin daha əlverişli şəraitdə təhsil almasına və təhsil infrastrukturunun genişləndirilməsinə xidmət edə bilər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.