
Bitkoinin (BTC) qiyməti dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan "Binance"də 70 min dollar həddindən aşağı enib.
AVESTA.AZ xəbər verir ki, birjanın məlumatlarına görə, Bakı vaxtı ilə səhər saatlarında Bitcoinin qiyməti əvvəlcə 70 097 dollara, daha sonra isə 69 911 dollara qədər geriləyib.
Hazırda Bitkoinin qiyməti 74 133,57 dollar, bazar kapitallaşması isə 1,5 trilyon dollar təşkil edir. Son 24 saat ərzində kriptovalyutanın ticarət həcmi 25,3 milyard dollar olub.
Son sutka ərzində BTC-nin qiyməti 2,1 faiz ucuzlaşıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.