13-11-2026, 15:48 128

Xəzər mənzərəli irimiqyaslı

Avant Group-un yeni çoxfunksiyalı "Caspi Yards" layihəsinin və onun diqqətçəkən memarlıq elementlərindən biri olan 44 mərtəbəli "Zəfər Qülləsi"nin təntənəli təqdimat mərasimi Marriott Boulevard Hotel-də keçirilib.

Tədbirdə layihənin konsepsiyası, memarlıq həlləri, əsas xüsusiyyətləri və gələcək inkişaf perspektivləri qonaqlara təqdim olunub.

13 hektarlıq ərazini əhatə edən "Caspi Yards" yeni inşa olunacaq metro stansiyasına birbaşa çıxış imkanı ilə müasir şəhər mühiti konsepsiyası əsasında formalaşdırılır. Layihə 11 yaşayış binasını və 2 biznes mərkəzini birləşdirəcək. Kompleksdə hospital, məktəb, ticarət mərkəzləri, istirahət və sağlamlıq mərkəzlərinin fəaliyyət göstərməsi nəzərdə tutulur. Beləliklə, yaşayış, iş, təhsil, səhiyyə, alış-veriş və istirahət imkanları vahid məkanda cəmləşəcək.

Bu yanaşma "şəhər içində şəhər" konsepsiyasının əsasını təşkil edir. Yeni metro stansiyasının ətrafında formalaşacaq yaşayış klasterləri və biznes məkanı nəqliyyat əlçatanlığını, rahat yaşayış mühitini və iş imkanlarını vahid şəhər mühitində birləşdirməyi hədəfləyir.

"Caspi Yards" konsepsiyasında ağıllı şəhər (Smart City) yanaşmasına da yer verilir. Layihədə binalar üçün ağıllı giriş və idarəetmə sistemlərinin, eləcə də ümumi məkanlarda insan axınının intellektual idarə olunmasına imkan verən rəqəmsal həllərin tətbiqi nəzərdə tutulur. Gələcəkdə bu sistemlərin süni intellekt əsaslı həllərlə genişləndirilməsi də planlaşdırılır. Bu yanaşma kompleksin idarə edilməsinin səmərəliliyini artırmağa, sakinlər və ziyarətçilər üçün rahat və müasir mühit yaratmağa xidmət edəcək.

Təqdimat mərasimində Avant Group-un təsisçisi və rəhbəri Əli Hüseynov layihənin yaradılması və inkişaf strategiyası barədə çıxış edib. O, "Caspi Yards"ın Bakının gələcək şəhərsalma mənzərəsinə verəcəyi töhfəni vurğulayaraq bildirib:

"İnanıram ki, bu layihə gözəl Bakımızın urbanistik simasına yeni nəfəs gətirəcək. Əzəmətli 44 mərtəbəli Zəfər Qülləsi Bakı buxtasının və 8 Noyabr prospektinin yeni rəmzinə çevriləcək".

Xəzər dənizinə açılan panoramik mənzərəsi ilə seçilən "Zəfər Qülləsi" layihənin ən diqqətçəkən memarlıq elementlərindəndir.

Tədbir çərçivəsində maliyyə və sosial infrastruktur istiqamətlərində əməkdaşlıqların qurulması da diqqət mərkəzində olub. Avant Group ilə ABB arasında ipoteka tərəfdaşlığına dair memorandum imzalanıb. Layihənin gələcək rezidentləri üçün təhsil və sağlam həyat tərzi infrastrukturunun inkişafı məqsədilə Landau Educational Group və Push30 ilə də anlaşma memorandumları imzalanıb.

Təqdimat və imzalanma mərasimləri "Caspi Yards"ın müxtəlif şəhər funksiyalarını bir araya gətirən çoxfunksiyalı layihə olduğunu nümayiş etdirib. Müasir memarlığı yaşayış, biznes və sosial infrastrukturu ilə birləşdirən layihə Bakıda yeni şəhər mühitinin formalaşdırılmasına yönəlmiş növbəti təşəbbüsdür.

"Caspi Yards" layihəsi Avant Group və Moonwake Investment arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Layihənin ilk fazası üzrə mənzillərin satışına başlanılıb. Zəfər Günü münasibətilə ilk 44 mənzilin alışı zamanı məhdud müddət ərzində 8 faiz endirim təklif olunur.

Satış mərkəzi Afiyəddin Cəlilov küçəsi 23 ünvanında yerləşir. Layihə və mənzillər barədə ətraflı məlumatı satış mərkəzinə yaxınlaşaraq və ya *0044 nömrəsi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.

Ətraflı məlumat: www.caspiyards.az

Əlaqə: *0044

Instagram: https://www.instagram.com/caspiyards/

Paylaş

Xəbər lenti

Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur Bu gün, 07:48 İmişlidə suvarma kanallarına suyun verilişi iki ay dayandırılacaq - Səbəb Bu gün, 00:48 İsraildə İran kəşfiyyatına məlumat ötürməkdə şübhəli bilinən şəxs tutuldu Dünən, 23:48 Süni intellekt bumunda gözlənilməz geriləmə: Şirkətlər 4,2 trilyon dollar itirdi Dünən, 23:48 İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək Dünən, 22:48 Yeni tibb fakültələri açılır: Həkim çatışmazlığı aradan qalxacaq? Dünən, 22:48 Gəncədə binada köməksiz qalan uşaq xilas edildi Dünən, 22:48 Kür çayında suyun səviyyəsi xeyli artıb Dünən, 21:48 Husilər strateji boğazda nəzarəti ələ keçirdi: Yəmən ordusu geri çəkildi Dünən, 21:48 Salyanda avtomobil yoldan çıxaraq aşıb, ana və qızı xəsarət alıb Dünən, 21:48 Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb Dünən, 20:48 Bakıda torpaq sürüşməsi: Hasarlar arasındakı məsafə üç metrə çatdı Dünən, 20:48 Prezident: "Ümummilli liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur" Dünən, 20:48 İlham Əliyev: "Radio və televiziya Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır" Dünən, 20:48 Miri Yusif "ağsaqqal" sözünə təəccübləndi Dünən, 20:48 Marketlərdə satılan doğranmış meyvələrlə bağlı XƏBƏRDARLIQ Dünən, 20:48 Azərbaycanda xəstəxananın şöbə müdiri infarktdan öldü Dünən, 19:48 Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub Dünən, 19:48 Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın Dünən, 19:48 Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib Dünən, 19:48 Sabah Bakıda bu ərazilərdə su olmayacaq Dünən, 18:48 Ağstafada sursat partlayıb: 1 nəfər həlak olub, daha biri xəsarət alıb Dünən, 18:48 Padel üzrə Respublika Kuboku yekunlaşdı! Dünən, 18:48 "Sən gəlməz oldun" ailəyə 1 milyon dollar qazandırıb" Dünən, 18:48 Milli Qəhrəmanla vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı Dünən, 18:48 Bakıda və Abşeronda küləyin sürəti 27 m/s-ə çatıb Dünən, 18:48 Cüdo üzrə Bakı çempionatına yekun vurulub Dünən, 18:48 Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb Dünən, 17:48 Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev vəfat etdi Dünən, 17:48 Azərbaycanda dəhşətli hadisə: İki nəfər minaya düşdü Dünən, 17:48 Şamaxıda doqquz ton meyvə ətrafa dağıldı, YOL BAĞLANDI Dünən, 17:48 Azərbaycan batut gimnastikası tarixində ilkə imza atıldı Dünən, 17:48 Dörd ay davam edəcək - Noyabr, dekabr, yanvar və fevral Dünən, 16:48 Sürücülərə XƏBƏRDARLIQ - Yollarda görünüş 500 metrədək məhdudlaşacaq Dünən, 16:48 Yataqxanada meyiti tapılan Elviranın müəmmalı ölümü ilə bağlı AÇIQLAMA Dünən, 16:48 Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib Dünən, 16:48 Əməkdar artist Arif Mirzəyev DƏFN EDİLDİ Dünən, 16:48 SpaceX tarixə düşdü: Kosmik gəmi havada mexaniki qollarla tutuldu Dünən, 15:48 Qrip və pnevmoniyadan qorunmağın ən effektiv yolu açıqlanıb Dünən, 15:48 Can Yamanın son görünüşü müzakirələrə səbəb olub Dünən, 15:48 Təyyarənin qaçırılacağı iddiası Moskvaya uçuşu iki saat gecikdirdi Dünən, 14:48 Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu Dünən, 14:48 İran Trampı PUA hücumu ilə hədəfə almağı planlaşdırır Dünən, 14:48 Yuxusuzluq infarkt və insult riskini artırır – Həkimdən xəbərdarlıq Dünən, 14:48 Çin Nvidia-nın keçmiş rəhbərini kəşfiyyat hədəfinə çevirib? – WSJ-dən iddia Dünən, 14:48 Makron: Ukrayna NATO-da tamhüquqlu yerini tutmalıdır Dünən, 13:48 Portuqaliya millisindən Ronaldoya xüsusi JEST Dünən, 13:48 Sabah bu ərazilərdə su olmayacaq - Xəbərdarlıq Dünən, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR