
2026-cı ilin yanvar-sentyabr aylarında Dövlət Maliyyə Nəzarəti Xidmətinin həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində 106.9 milyon manat bərpa edilib, 100.9 milyon manat xərcin qarşısı alınıb.
AVESTA.AZ Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, hesabat dövründə xidmət tərəfindən 84 təşkilatda nəzarət tədbirləri başa çatdırılıb.
Bunlardan 52 təşkilatda yoxlamalar hüquq-mühafizə orqanlarından daxil olmuş qərarlar əsasında aparılıb. Digər 32 təşkilatda isə plandankənar yoxlamalar həyata keçirilib.
Bərpa edilmiş və qarşısı alınmış vəsaitlərə dair göstəricilər nəzarət tədbirləri başa çatdırılmış obyektləri əhatə edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.