13-11-2026, 23:48 205

Ərini öldürüb basdırdı, üzərində güllər əkdi: Qatil hadisə anını danışdı

Baku TV-nin "Kriminal" verilişində 2024-cü il noyabrın 5-də Sabunçu qəsəbəsində baş vermiş ağır cinayət hadisəsindən bəhs olunub.

Həmin gün saat 22 radələrində Sabunçu qəsəbəsi, Komsomol döngəsi, 6A ünvanında yerləşən fərdi yaşayış evində 1986-cı il təvəllüdlü Elmira Əliyeva ilə həyat yoldaşı, 1985-ci il təvəllüdlü Samir Əliyev arasında mübahisə yaranıb.

Mübahisəyə səbəb Elmiranın Türkiyənin Dənizli şəhərində yaşayan övladının yanına gedərək orada qalmaq istəməsi, ərinin isə buna qəti şəkildə etiraz etməsi olub. Qəzəblənən qadın qisas məqsədilə 16 kalibrli ov tüfəngindən atəş açaraq çarpayıda uzanan Samir Əliyevin kürəyindən vurub və onu qəsdən öldürüb.

Həmin gecə Elmira Əliyeva cinayətin izlərini itirmək məqsədilə meyiti mələfəyə və çadıra bükərək həyətyanı sahədəki talvarın altında basdırıb, üzərində isə güllər əkib. Qana bulaşmış divanı, döşəyi və digər əşyaları evdən 40 metr aralıda yerləşən zibilliyə atıb. Ov tüfəngini isə hissələrə ayıraraq dənizə atıb.

O, ailə üzvlərinə ərinin mübahisədən sonra evdən çıxıb getdiyini bildirib. Samir Əliyevin itkin düşməsi ilə əlaqədar yaxınları həmin il dekabrın 24-də polis şöbəsinə rəsmi müraciət ediblər.

Hadisədən 11 ay sonra - 2025-ci il oktyabrın 22-də cinayətin üstü açılıb. Polis əməkdaşlarının həyata keçirdiyi baxış zamanı qeyd olunan ünvanda talvarın altından kişi meyiti aşkar edilib.

Mərhumun atası Arif Əliyev oğlunu sağ qolundakı əqrəb şəkilli, sol qolundakı isə "ata-ana" yazılı döymələrinə görə tanıyıb.

İstintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilən Elmira Əliyeva 21 illik evlilikləri müddətində ərindən mütəmadi olaraq zorakılıq gördüyünü və narkotik vasitələrdən istifadə etməyə məcbur edildiyini bildirib. Lakin toplanmış sübutlar, ekspertiza rəyləri və şahid ifadələri onun özünümüdafiə ilə bağlı iddialarını təkzib edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 2026-cı il sentyabrın 11-də çıxardığı hökmə əsasən, Elmira Vidadi qızı Əliyeva Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib.

Cəza müddəti onun saxlanıldığı tarixdən - 2025-ci il oktyabrın 22-dən hesablanmaqla Elmira Əliyeva ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Paylaş

Xəbər lenti

Fulya Öztürk Leyla Əliyeva ilə videosunu onun sözlərinə bəstələnən mahnı ilə paylaşdı Bu gün, 00:48 Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi Bu gün, 00:48 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb Dünən, 23:48 Əliyar Ağayev UEFA Millətlər Liqası matçına təyinat aldı Dünən, 23:48 Bakıda mühüm tunelin tikintisində işlər dayanıb: Ərazidə nə işçi var, nə də texnika Dünən, 23:48 Portuqaliyada on minlərlə insan mənzil qiymətlərinin artmasına etiraz edir Dünən, 23:48 COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb Dünən, 23:48 Almaniya qaz qıtlığı riski səbəbindən kömür elektrik stansiyalarının işini bərpa edə bilər Dünən, 23:48 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi Dünən, 22:48 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi Dünən, 22:48 Bakıda təhlükəli vəziyyət: "Burada dəfələrlə qəza olub" Dünən, 22:48 Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü Dünən, 21:48 Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər Dünən, 21:48 İran turizm marşrutlarını Məşhəddən kənara genişləndirmək istəyir Dünən, 21:48 Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb Dünən, 21:48 Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb Dünən, 21:48 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı Dünən, 20:48 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb Dünən, 20:48 Bakı və London arasında tarixi razılaşma: Strateji tərəfdaşlıq nələri dəyişəcək? Dünən, 20:48 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi Dünən, 20:48 Zelenskidən Ukraynanın neytral statusu ilə bağlı bəyanat Dünən, 19:48 Azərbaycan FAMEX-ə dəvət edilib Dünən, 19:48 Qara dənizdə yük gəmisinə PUA hücumu olub Dünən, 19:48 "Naxçıvan" voleybol klubu ardıcıl ikinci qələbəsini qazanıb Dünən, 19:48 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər Dünən, 18:48 Görmə itkisinə aparan xəstəliklər hansılardır? Dünən, 18:48 Türkiyədə milyardlıq əməliyyat: Otel və əyləncə mərkəzləri müsadirə edildi Dünən, 18:48 SOCAR Türkiyədə nafta istehsalını 17 %-ə yaxın artırıb Dünən, 18:48 Sarı və narıncı xəbərdarlıq: Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi Dünən, 18:48 Bakı avtobuslarında sərnişin bumu Dünən, 17:48 Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb Dünən, 17:48 Mərdanovlar ailəsi aylardır qorxu içində: "O səs qulağımdan getmir" Dünən, 17:48 Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib Dünən, 17:48 Sabiq nazirə ağır itki üz verdi Dünən, 17:48 Büdcə üçün risk: Hesablama Palatası açıqladı Dünən, 17:48 SOCAR-ın Türkiyədəki zavodu sentyabrda aviayanacaq istehsalının həcmini açıqlayıb Dünən, 17:48 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb Dünən, 16:48 Rusiya modern "İsgəndər" raketləri ilə Ukraynanı ikiyə bölməyi hədəfləyir Dünən, 16:48 Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb Dünən, 16:48 STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 %-ə yaxın artırıb Dünən, 16:48 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib Dünən, 16:48 Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var Dünən, 15:48 Məşhur aktyorun bu fotosu ilə bağlı əsl həqiqət üzə çıxdı Dünən, 15:48 "Kəpəz" və "Gəncəbasar" komandaları yoxlama oyununda üz-üzə gəliblər Dünən, 15:48 Təbiətə qarşı laqeydlik: Bakıda bu bağ plastik tullantılarla zibillənib Dünən, 15:48 Kamran Əliyev argentinalı həmkarları ilə əməkdaşlığı müzakirə edib Dünən, 15:48 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş Dünən, 15:48 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi Dünən, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR