
Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib.
AVESTA.AZ xəbər verir ki Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfərdə Lixtenşteyn seçməsi ilə üz-üzə gəlib.
Vaduts şəhərində keçirilən D Liqasının 2-ci qrupunun matçı Azərbaycan komandasının qələbəsi ilə bitib - 1:0.
26-cı dəqiqədə Mahir Emreli fərqlənib.
Xatırladaq ki, Azərbaycan millisi dörd oyundan sonra 8 xalla qrupu birinci pilədə bitirib. Litva dörd xalla ikinci, Lixtenşteyn bir xalla sonuncudur. Noyabrın 16-da, qrupun sonuncu qarşılaşmasında Litva Lixtenşteyni qəbul edəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.