
Ermənistanın Baş naziri Nikol Paşinyan dekabr ayında danışıqlar aparmaq məqsədilə Rusiyaya üç işgüzar səfər etməyi planlaşdırır.
BAKU.WS xəbər verir ki, bu barədə o, Dublində Beynəlxalq və Avropa Məsələləri İnstitutunda çıxışı zamanı bildirib.
Paşinyanın sözlərinə görə, səfərlər dekabrın 3-ü, 11-i və 22-də baş tutacaq.
O, İrəvanla Moskva arasındakı münasibətlərdə dostluq mühitinin qorunacağına ümid etdiyini bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.