
Əfqanıstanın şimalındakı Bədəxşan əyalətində qızıl mədənində şaxtanın uçması nəticəsində iki nəfər ölüb, altı nəfər xəsarət alıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Sinxua" agentliyinə regional polis nümayəndəsi Ehsanulla Kamqar məlumat verib.
Hadisə Arqancxva rayonunda bir qrup qızıl hasilatçısının mədəndə işlədiyi zaman baş verib.
Kamqarın sözlərinə görə, yaralılar əyalət hakimiyyətinin təşkil etdiyi helikopterlə Feyzabad şəhərindəki xəstəxanaya çatdırılıblar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.