
2026-cı ilin ilk doqquz ayında 83 991 Azərbaycan vətəndaşı işləmək məqsədilə Rusiyaya yollanıb.
AVESTA.AZ xəbər verir ki, bu barədə TASS-ın əldə etdiyi statistik məlumatlarda qeyd olunub.
Göstəriciyə görə, Azərbaycan Rusiyaya əmək miqrantı göndərən ölkələr arasında yeddinci yerdə qərarlaşıb.
Siyahıda ilk yeri 1 milyon 535 min 26 nəfərlə Özbəkistan tutur. Sonrakı yerlərdə Tacikistan (665 892), Qırğızıstan (289 061), Qazaxıstan (176 037) və Çin (127 176) qərarlaşıb.
Müqayisə üçün bildirək ki, 2025-ci ilin eyni dövründə Rusiyaya işləmək üçün 1 milyon 771 min 406 Özbəkistan vətəndaşı gedib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.