Bu gün, 17:48 81

Bakı-Tbilisi qatarlarına bilet satışında hansı yeniliklər gözlənilir?

Bakı-Tbilisi dəmir yolu marşrutu üzrə əlavə reyslərin istifadəyə verilməsinə baxmayaraq, biletlərə yüksək tələbat davam edir. Noyabrın 1-dən etibarən gündəlik qatarların sayı 2-dən 4-ə, sərnişin yerlərinin sayı isə 386-dan 564-ə çatdırılıb. Yeni qrafik sərnişinlərə gündüz və gecə səfərləri arasında seçim imkanı yaratsa da, qatarların tam doluluqla hərəkət etməsi bilet əlçatanlığı məsələsini aktuallaşdırır.

Bəs reyslərin artırılması bilet tapmaq problemini nə dərəcədə həll edib və havaların soyuması bu istiqamətə sərnişin marağına təsir göstəribmi?

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Bakı-Tbilisi qatarlarına bilet satışında hansı yeniliklər gözlənilir?

"Sərnişinlərin planlarına uyğun reys seçmək imkanları artıb"

Azərbaycan Dəmir Yolları QSC-dən (ADY) bildirilib ki, qurum beynəlxalq istiqamətdə artan sərnişin tələbatının qarşılanması və səyahət imkanlarının genişləndirilməsi məqsədilə 1 noyabr 2026-cı il tarixindən Bakı-Tbilisi-Bakı marşrutu üzrə əlavə reyslərin icrasına başlayıb: "Sərnişinlər yeni reyslərə ilk gündən böyük maraq göstəriblər. Belə ki, noyabrın 1-də Bakıdan Tbilisiyə ilk gündüz reysi 100 faiz doluluqla yola düşüb. Əlavə reyslərin istifadəyə verilməsi sərnişinlər üçün səfər vaxtı, xidmət sinfi və qiymət baxımından daha geniş seçim imkanları yaradıb. Gündəlik reyslərin sayının 2-dən 4-ə çatdırılması nəticəsində sərnişin yerlərinin sayı 386-dan 564-ə yüksəlib. Bu, 50 faizə yaxın artım deməkdir. Daşıma imkanlarının genişləndirilməsi sərnişinlərin bilet əldə etmək və səfər planlarına uyğun reys seçmək imkanlarını artırıb. Eyni zamanda, əlavə reyslərdə standart sinfin istifadəyə verilməsi daha aşağıbüdcəli səyahət imkanı yaradıb. Bakıdan Tbilisiyə minimum gediş haqqı hazırda 53.47 AZN təşkil edir".

Bakı-Tbilisi qatarlarına bilet satışında hansı yeniliklər gözlənilir?

Həmçinin bildirilib ki, hazırda 24 noyabr-24 dekabr tarixlərini əhatə edən dövr üçün biletlər satışdadır: "Əlavə reyslər üzrə biletlərin satışına oktyabrın 2-dən başlanılıb. Hazırda da qatarlar tam doluluqla hərəkət edir. Bakı-Tbilisi-Bakı marşrutu bərpa olunduqdan sonra tələbat yüksək olaraq qalır. Hazırda Gürcüstan-Azərbaycan istiqamətində tələbat Azərbaycan-Gürcüstan istiqaməti ilə müqayisədə daha yüksəkdir".

Bakı-Tbilisi qatarlarına bilet satışında hansı yeniliklər gözlənilir?

Bilet satışında yenilik

ADY sərnişinlərin maraqlarının qorunması, bilet satışı prosesinin təkmilləşdirilməsi və mümkün sui-istifadə hallarının qarşısının alınması istiqamətində bir sıra yeniliklər tətbiq edib: "Belə ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə onlayn bilet alışı zamanı ADY-nin rəsmi saytında və "ADY Mobile" tətbiqində qeydiyyatdan keçmiş Azərbaycan vətəndaşlarının şəxsi kabinet məlumatlarının "MyGov ID" vasitəsilə verifikasiyası tələb olunur. Xarici ölkə vətəndaşları üçün isə mobil telefon nömrəsinin birdəfəlik təsdiq kodu (OTP) vasitəsilə verifikasiyası həyata keçirilir. ADY bilet satışında hər hansı vasitəçi ilə əməkdaşlıq etmir".

Bakı-Tbilisi qatarlarına bilet satışında hansı yeniliklər gözlənilir?

Gediş-dönüş biletlərini eyni vaxtda almaq tələbi

Turizm məsələləri üzrə ekspert Əziz Şiriyevin sözlərinə görə, Bakı-Tbilisi dəmir yolu marşrutu yerli vətəndaşlar və turistlər üçün xaricə səfər etmək baxımından alternativ imkan yaradır: "Xəttə marağın yüksək olmasının səbəblərindən biri də hava nəqliyyatı biletlərinin çox vaxt əlçatan olmamasıdır. Dəmir yolu ilə səfərin daha münasib qiymətə başa gəlməsi və Gürcüstanın qonşu ölkə olması sərnişin axınını artırır. Bu qatar reyslərinə maraq kifayət qədər yüksəkdir. Tələbatın çox olması səbəbindən reyslərin sayı ikiqat artırılıb. Bakı-Tbilisi qatarında "Wi-Fi"ın işlək olması, sərnişinlərin rahatlığının təmin edilməsi və reyslərin daha tez-tez həyata keçirilməsi vacib məsələlərdəndir. Ən əsas istəklərimizdən biri isə sərnişinlərin gediş və dönüş biletlərini eyni vaxtda ala bilməsidir. Çünki gediş bileti əldə edib dönüş bileti tapa bilməyən sərnişinlər müəyyən çətinliklərlə qarşılaşırlar. Bəzən bu səbəbdən hava nəqliyyatından istifadə etməli, yaxud səfər etdikləri ölkədə əlavə müddət qalmalı olurlar. Bu da əlavə xərclərə səbəb olur".

Ə.Şiriyevin fikrincə, yaxın zamanda biletlərin 50 faizinin birtərəfli, digər 50 faizinin isə gediş-dönüş bileti kimi satışa çıxarılacağını gözləyirlər: "Bu, sərnişinlərə gediş və dönüş biletlərini eyni vaxtda əldə etmək imkanı yaradacaq. Həmçinin təklif etmişik ki, biletlərin satış müddəti uzadılsın və sərnişinlər iki-üç ay əvvəlcədən bilet ala bilsinlər. Bu məsələ ilə bağlı da iş aparılır. Bundan başqa, Bakıdan Tbilisiyə gələn qatarın hərəkət qrafiki Batumi istiqamətindəki qatarın çıxış vaxtına uyğunlaşdırılıb. Beləliklə, Batumiyə getmək istəyən sərnişinlər Tbilisidə qatardan digər qatara keçərək səfərlərini davam etdirə bilirlər. Yaxın zamanda gediş-dönüş biletlərini eyni vaxtda almaq da mümkün olacaq".

Bakı-Tbilisi qatarlarına bilet satışında hansı yeniliklər gözlənilir?

"Tətil ərəfəsində biletlərə tələbat yüksək olaraq qalır"

Turizmçi Rəhman Quliyev düşünür ki, yeni reyslərin istifadəyə verilməsi müəyyən mənada sərnişin axınının artmasına və bilet əlçatanlığının yaxşılaşmasına şərait yaradır. Bununla belə, xüsusilə həftəsonları, bayram günləri və tətil ərəfəsində biletlərə tələbat yüksək olaraq qalır. Bəzi sərnişinlər istədikləri tarixə bilet əldə etmək üçün səfərlərini əvvəlcədən planlaşdırmağa məcbur olurlar: "Hazırda bu istiqamətdə səfər etmək istəyənlərə biletləri son günlərə saxlamamağı, imkan daxilində bir neçə gün, hətta həftə əvvəlcədən əldə etməyi tövsiyə edirik".

Bakı-Tbilisi qatarlarına bilet satışında hansı yeniliklər gözlənilir?

R.Quliyev bildirib ki, havaların soyuması Tbilisiyə səfərlərə marağın kəskin azalması demək deyil: "Çünki Gürcüstan payız və qış aylarında da azərbaycanlı turistlər üçün cəlbedici istiqamətlərdən biri olaraq qalır. Xüsusilə Tbilisinin tarixi məkanları, restoranları, əyləncə obyektləri və qış turizmi imkanları turistlərin marağına səbəb olur. Digər tərəfdən, Yeni il və bayram tətili ərəfəsində bu istiqamətə səfərlərə marağın yenidən artacağını gözləmək olar. Hesab edirəm ki, Bakı-Tbilisi marşrutu mövsümdən asılı olmayaraq öz aktuallığını qoruyacaq. Əsas məsələ sərnişin tələbatına uyğun reyslərin təşkili, bilet əlçatanlığının təmin edilməsi və xidmət keyfiyyətinin davamlı şəkildə yaxşılaşdırılmasıdır".

Paylaş

Xəbər lenti

Bəzi magistral yollarda görünüş məsafəsi azalacaq Bu gün, 17:48 Rusiya yanacaq idxalını artırmağı planlaşdırır Bu gün, 17:48 Bakı-Tbilisi qatarlarına bilet satışında hansı yeniliklər gözlənilir? Bu gün, 17:48 Samuxda evdən 39 yaşlı kişinin meyiti tapılıb Bu gün, 17:48 SEPAH: Hörmüz boğazında daha iki neft tankeri minaya düşüb Bu gün, 17:48 Sabahkı hava meteohəssas insanlarda narahatlıq hissi yarada bilər Bu gün, 16:48 Xalq artisti: "Övlada hər zaman nəzarət etməlisən" Bu gün, 16:48 Mərkəzi Asiyadan Hind okeanına: Yeni nəqliyyat qovşağına çevrilən region Bu gün, 16:48 Mağazalarda "Qara cümə" kampaniyaları: Endirim, yoxsa marketinq hiyləsi? Bu gün, 15:48 Taekvondoçularımız Avropa birinciliyində bürünc medal qazanıb Bu gün, 15:48 Dünya bazarında qızılın qiyməti 100 dollardan çox artdı Bu gün, 14:48 Bakıda gənc oğlan küçədə bıçaqlandı Bu gün, 14:48 Dövlət Komissiyası beynəlxalq konfrans iştirakçılarının Qarabağa səfərinə dair videoçarx yayımlayıb Bu gün, 14:48 İkinci INMerge İnvestisiya Forumu qlobal investorları Bakıda bir araya gətirib Bu gün, 14:48 Siyazəndə su kanalına düşən azyaşlı ilə bağlı açıqlama Bu gün, 13:48 Gəncədə köşkdə meyiti tapılan şəxsin kimliyi məlum olub Bu gün, 13:48 Zelenski mövcud cəbhə xətti boyunca atəşkəsə razı olduğunu açıqlayıb Bu gün, 13:48 İspaniyada növbədənkənar parlament seçkilərində səsvermə başlayıb Bu gün, 13:48 Muslera 40 yaşında futbolçu karyerasını başa vurub Bu gün, 12:48 "Hər beş avtomobildən biri standartlara cavab vermir": Utilizasiya fondu niyə ləğv edilir? Bu gün, 12:48 Sabah Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq Bu gün, 12:48 Pakistan Səudiyyə Ərəbistanına hərbi qüvvələr göndərib Bu gün, 12:48 Qaraçuxur poliklinikasında rentgen cihazı işləmir Bu gün, 11:48 Bu rayonda fərdi yaşayış evləri TƏMİR OLUNACAQ - Nazirlik 1 milyon ayırdı Bu gün, 11:48 Faktiki hava: Naxçıvanda dörd dərəcə şaxta olub Bu gün, 11:48 Məktəbin həyətindəki 100 illik bina yandı - Bir vaxtlar bəy evi olubmuş Bu gün, 11:48 Dünya bazarında neftin qiyməti aşağı düşüb Bu gün, 10:48 FIFA sülh mükafatını ləğv edə bilər Bu gün, 10:48 Feyza Civelek yeni serialda rol alacaq Bu gün, 10:48 "Beach Boys" qrupunun qurucularından Mayk Lav 85 yaşında vəfat edib Bu gün, 10:48 Bakı-Sumqayıt yolunda daha bir YENİLİK Bu gün, 09:48 İlon Mask USAID-i çoxsaylı insanın ölümündə ittiham edib Bu gün, 09:48 Gəncədə köşkdən kişi meyiti tapıldı Bu gün, 09:48 Paşinyan parlament müxalifətini Azərbaycanla sülhə gedən yolda son maneə adlandırıb Bu gün, 00:48 Süni intellekt alimlərin onilliklərdir həll edə bilmədiyi riyazi məsələləri çözür Bu gün, 00:48 İtaliya şirkətlərinin Azərbaycan planları: Bakı metrosundan Qarabağadək uzanan layihələr Dünən, 23:48 Zelenski mediaya məhdudiyyət qoydu Dünən, 23:48 Netanyahu baş nazir postunu Ayzenkota verməyə hazırdır Dünən, 23:48 Stiv Uitkoff ABŞ Senatında Ukrayna ilə bağlı məxfi brifinq keçirəcək Dünən, 23:48 Bakıda bəzi ərazilərdə söküntüyə hazırlıq gedir: Kompensasiya məsələsinə aydınlıq gətirildi Dünən, 23:48 Ukrayna Rusiyanın üç mühüm neft obyektini vurub Dünən, 22:48 Bakıda stilist doğuşdan sonra vəfat etdi Dünən, 22:48 Siyəzəndə su kanalında batan 13 yaşlı uşağın meyiti tapılıb Dünən, 22:48 Tiranada hökumət əleyhinə aksiyada 19 nəfər xəsarət alıb Dünən, 22:48 Sıfır vergi, güzəştli kredit və ucuz kommunal xidmətlər: Kəndə köçmək sərfəli olacaq? Dünən, 21:48 Bakıda yol çökdü: 10 metr dərinlikdə su kollektoru üzə çıxdı Dünən, 21:48 Tramp Vaşinqtonda qolf meydançasının fırtına nəticəsində dağıldığını bildirib Dünən, 21:48 Zelenskidən Krım körpüsünün tamamilə dağıdılması barədə göstəriş Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR