
Yevlax şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“AVESTA.AZ”un Qərb bürosunun məlumatına görə, “Opel” markalı minik avtomobilinin digər nəqliyyat vasitəsilə toqquşması nəticəsində Yevlax rayon sakinləri, 1998-ci il təvəllüdlü Məhəmməd Heydərov, 1990-cı il təvəllüdlü Amil Bayramov və 2000-ci il təvəllüdlü Hüseyn İbrahimli xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.