
Türkiyədə zəlzələdən zərər çəkmişlərə yardım məqsədilə Gəncə şəhərindən növbəti humanitar yardım yola salınıb.
"Report"un Qərb bürosunun məlumatına görə, bu gün daha 1 yük maşını hümanitar yardım qardaş ölkəyə göndərilib.
Qardaş ölkəyə göndərilən hümanitar yardım yol şəraiti nəzərə alınaraq qısa zamanda təyin edilən ünvana çatdırılacaq.
Yardımlar içərisində uşaq bezləri, uşaq yeməkləri, istilik vasitələri, isti paltarlar və digər zəruri əşyalar var.
Qeyd edək ki, zəlzələdən zərər çəkmiş şəxslər üçün yardım kampaniyası növbəti günlərdə də davam edəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.