
Sumqayıt Tibb Mərkəzində yeni təyinat olub.
"AVESTA.AZ"un yerli bürosunun məlumatına görə, bununla bağlı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
Əmrə əsasən, Arzu Bəndəliyeva Sumqayıt Tibb Mərkəzinin direktor müavini təyin olunub.
Qeyd edək ki, A.Bəndəliyeva bu təyinatadək Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinin müdiri vəzifəsində çalışıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.