
Ukraynada rəyi soruşulanların 90 faizi Rusiya ərazisinə zərbə endirilməsini vacib sayır.
“AVESTA.AZ” UNIAN-a istinadən xəbər verir ki, bu, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun keçirdiyi sorğunun nəticəsində göstərilib.
Sorğuya əsasən, respondentlərin 7 faizi Rusiyaya zərbə endirilməsini dəstəkləmir.
Bildirilib ki, rəyi soruşulanların baxışları vurulacaq obyektlərlə bağlı fərqlənir. Belə ki, respondentlərin 38 faizi yalnız hərbi hədəflərə, 39 faizi isə bu obyektlərlə yanaşı enerji strukturlarının da vurulmasını vacib sayıb. Bundan başqa, respondentlərin 13 faizi isə hesab edir ki, Rusiya kimi davranmaq lazımdır: “Bütün obyektlərə zərbə endirmək vacibdir”.
Məlumata görə, sorğu 2023-cü il fevralın 14-22-də 2002 respondent arasında telefon vasitəsilə 18-dən yuxarı yaşı olan Ukrayna vətəndaşları arasında keçirilib.
Respondentlərin 87 faizi Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyib. Ukrayna vətəndaşları Polşa, Litva, Böyük Britanya, ABŞ və Kanadanı ən dost, Belarus və Rusiyanı isə ən düşmən ölkə sayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.