
Naxçıvana uçan təyyarə texniki səbəblərə görə Heydər Əliyev Beynəlxalq Aeroportuna geri dönməli olub.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindan verilən məlumatda bildirilir.
Qeyd olunur ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2253 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəblərdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.
Təyyarə saat 12:40-da Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.