
“Aktual məsələlərin müzakirəsi üçün platformanın təmin edilməsi bugünkü liderlər üçün, ən çox isə gələcək nəsil liderlər üçün vacibdir”.
“AVESTA.AZ” xəbər verir ki, bunu Ukraynanın keçmiş birinci xanımı Katerina Yuşenko X Qlobal Bakı Forumunun yekun sessiyasında deyib.
Onun sözlərinə görə, indiki və keçmiş diplomatik nümayəndələr, eləcə də gənclər bu müzakirələri həmişəlik xatırlayacaqlar.
“Gənc liderlər bizim səhvlərimizdən dərs çıxarırlar”, - o bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.