
“Kürün aşağı axarında suyun qalması üçün çalışırıq”.
“AVESTA.AZ” xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev “Ekspert saatı”nda deyib.
“Nəzərə almaq lazımdır ki, ətrafda təsərrüfat sahələri və suvarma zamanı çayın suyundan istifadə olunur. Ona görə də suyun müəyyən hissəsini anbarlara toplamalıyıq ki, yay aylarında anbarlarda çayların suyundan istifadə edə bilək. Əgər suyun hamısını buraxsaq, yayda susuz qalarıq. Kürün aşağı axarında suyun qalması üçün çalışırıq” – rəis müavini əlavə edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.