
Qazaxıstan səfiri Serjan Abdıkarimov Azərbaycandakı diplomatik fəaliyyətini başa vurur.
Bunu o, bu gün keçirdiyi brifinqdə "Report"un sualını cavablandırarkən açıqlayıb.
"Mən müxtəlif ölkələrdə olmuşam, lakin Azərbaycanın mənim qəlbimdə xüsusi yeri var. Mən hər zaman Azərbaycanın dəstəyini hiss etmişəm", - səfir bildirib.
S.Abdıkarimov Qazaxıstanın Bakıdakı diplomatik missiyasına rəhbərlik etdiyi müddətdə Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsinə şahidlik etməkdən qürur duyduğunu da qeyd edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.