
ABŞ yaxın günlərdə Ukraynaya yeni hərbi yardım paketi ayırmaq niyyətindədir.
“AVESTA.AZ” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib.
“Yaxın günlərdə Birləşmiş Ştatlarından Ukraynaya daha bir hərbi yardım göstərildiyinə dair elan eşidəcəksiniz”, - Kirbi bildirib.
O, yeni hərbi yardım paketinə daxil olacaq silahların adını açıqlamayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.