Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin Heydər Əliyev Fondu tərəfindən təmir olunmuş mənzilində ev muzeyi yaradılacaq. Hətta bunun üçün eks-prezidentin şəxsi əşyaları toplanacaq.
Bu barədə açıqlamasında Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev məlumat verib.
Onun sözlərinə görə, bunun üçün hələ ki, işlərə başlanılmayıb:
“Evlənəndən sonra həyat yoldaşımla başqa evə köçdük. Atamın təmir olunan mənzilində ev muzeyi açmağı düşünürük. Hələ ki, muzeyin nə zaman açılacağını dəqiq deyə bilmərəm. Çünki həmin evin əşyaları da təzələnəcək. Əşyaları hələ tam şəkildə toplamamışıq. Söhbət atamın şəxsi əşyalarından gedir. Həm də ev əşyaları burada sərgilənəcək. Bu işdə mənə kömək edən yoxdur, hər şeyi özüm edirəm”. (Publika)
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.