2-04-2023, 05:58 770

İsrail Suriyadakı hərbi hədəflərə aviazərbələr endirib, 5 nəfər yaralanıb

Aprelin 1-dən 2-nə keçən gecə İsrail Hərbi Hava Qüvvələri Suriyanın Hüms şəhərinə aviazərbə endirib.

“Report” Suriya Ərəb Xəbər Agentliyinə (SANA) istinadən xəbər verir ki, hadisədə Dəməşq hökumətinin 5 hərbçisi yaralanıb.

Beləliklə, İsrail ordusu ardıcıl ikinci gecə Suriyaya aviazərbələr endirib. Suriyanın dövlət agentliyi hava hücumundan müdafiə sistemlərinin raketlərin bir hissəsinin zərərsizləşdiridiyini, lakina buna baxmayaraq, 5 hərbçinin yaralandığını açıqlayıb.

Suriya müntəzəm olaraq İsrail Müdafiə Ordusunun (İMO) zərbələrini uğurla dəf etdiyini iddia edir, lakin hərbi analitiklər bu iddialara şübhə ilə yanaşırlar. Suriya hərbi mənbəsinin SANA-ya verdiyi məlumata görə, İsrail “Beyrutun şimal-şərq istiqamətindən Hüms şəhəri və onun kəndlərindəki bəzi məntəqələri hədəfə alaraq hava hücumu həyata keçirib”.

Böyük Britaniya mərkəzli Suriya İnsan Haqları Müşahidə Evi partlayışların bir neçə yerdə, o cümlədən Hüms yaxınlığındakı Əl-Dəbaa hərbi hava limanında eşidildiyini bildirib. Digər ərazidə isə elmi-tədqiqat mərkəzində yanğın meydana gəlib. Təşkilat qeyd edib ki, zərbələr Suriya ordusunun bir neçə mövqeyini və İranın dəstəklədiyi milisləri hədəf alıb. Qərb kəşfiyyat mənbələri “Reuters”ə bildiriblər ki, zərbələr Suriyanın mərkəzində İran personalının yerləşdiyi bir sıra hava bazalarına endirilib.

İki mənbə bildirib ki, zərbələr Hüms əyalətindəki qədim Palmira şəhəri yaxınlığında yerləşən T-4 kimi tanınan Tiyas aviabazasını və eyni əyalətin əl-Qusayr şəhəri yaxınlığındakı əl-Dəbaa hava limanını hədəf alıb. Bu, İranın dəstəklədiyi Livan “Hizbullah”ının və digər iranpərəst qrupların və milislərin varlığı ilə tanınan ərazidir.

T-4 iki böyük hava limanından biri hesab olunur (digəri Dəməşq Beynəlxalq Hava Limanıdır). Burada Livana böyük silahlar daşıyan İran təyyarələri tez-tez eniş edir. Daha sonra silahların Livana daşınmazdan əvvəl bölgədəki anbarlarda saxlandığı güman edilir.

Şənbə günü hava hücumları Suriya mediasının İsrailin bu həftə paytaxt Dəməşqə ikinci dəfə hava zərbələri endirdiyini bildirməsindən bir gün sonra baş verib. Suriya İnsan Haqları Müşahidə Evi vurğulayıb ki, bu zərbələr Dəməşqin cənubunda hökumət qüvvələrinin və İranın dəstəklədiyi qrupların silah anbarlarını hədəf alıb.

İsrail Müdafiə Ordusu adətən Suriyada konkret zərbələr barədə heç bir açıqlama vermir, lakin etiraf edir ki, son on ildə ölkədə möhkəmlənməyə çalışan İranın dəstəklədiyi qruplara qarşı yüzlərlə döyüş uçuşu həyata keçirib.

İMO həmçinin bildirir ki, zərbələr qruplaşmalar, xüsusən “Hizbullah” üçün nəzərdə tutulan silah daşımalarını hədəf alır.

Paylaş

Xəbər lenti

Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur Bu gün, 07:48 İmişlidə suvarma kanallarına suyun verilişi iki ay dayandırılacaq - Səbəb Bu gün, 00:48 İsraildə İran kəşfiyyatına məlumat ötürməkdə şübhəli bilinən şəxs tutuldu Dünən, 23:48 Süni intellekt bumunda gözlənilməz geriləmə: Şirkətlər 4,2 trilyon dollar itirdi Dünən, 23:48 İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək Dünən, 22:48 Yeni tibb fakültələri açılır: Həkim çatışmazlığı aradan qalxacaq? Dünən, 22:48 Gəncədə binada köməksiz qalan uşaq xilas edildi Dünən, 22:48 Kür çayında suyun səviyyəsi xeyli artıb Dünən, 21:48 Husilər strateji boğazda nəzarəti ələ keçirdi: Yəmən ordusu geri çəkildi Dünən, 21:48 Salyanda avtomobil yoldan çıxaraq aşıb, ana və qızı xəsarət alıb Dünən, 21:48 Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb Dünən, 20:48 Bakıda torpaq sürüşməsi: Hasarlar arasındakı məsafə üç metrə çatdı Dünən, 20:48 Prezident: "Ümummilli liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur" Dünən, 20:48 İlham Əliyev: "Radio və televiziya Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır" Dünən, 20:48 Miri Yusif "ağsaqqal" sözünə təəccübləndi Dünən, 20:48 Marketlərdə satılan doğranmış meyvələrlə bağlı XƏBƏRDARLIQ Dünən, 20:48 Azərbaycanda xəstəxananın şöbə müdiri infarktdan öldü Dünən, 19:48 Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub Dünən, 19:48 Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın Dünən, 19:48 Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib Dünən, 19:48 Sabah Bakıda bu ərazilərdə su olmayacaq Dünən, 18:48 Ağstafada sursat partlayıb: 1 nəfər həlak olub, daha biri xəsarət alıb Dünən, 18:48 Padel üzrə Respublika Kuboku yekunlaşdı! Dünən, 18:48 "Sən gəlməz oldun" ailəyə 1 milyon dollar qazandırıb" Dünən, 18:48 Milli Qəhrəmanla vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı Dünən, 18:48 Bakıda və Abşeronda küləyin sürəti 27 m/s-ə çatıb Dünən, 18:48 Cüdo üzrə Bakı çempionatına yekun vurulub Dünən, 18:48 Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb Dünən, 17:48 Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev vəfat etdi Dünən, 17:48 Azərbaycanda dəhşətli hadisə: İki nəfər minaya düşdü Dünən, 17:48 Şamaxıda doqquz ton meyvə ətrafa dağıldı, YOL BAĞLANDI Dünən, 17:48 Azərbaycan batut gimnastikası tarixində ilkə imza atıldı Dünən, 17:48 Dörd ay davam edəcək - Noyabr, dekabr, yanvar və fevral Dünən, 16:48 Sürücülərə XƏBƏRDARLIQ - Yollarda görünüş 500 metrədək məhdudlaşacaq Dünən, 16:48 Yataqxanada meyiti tapılan Elviranın müəmmalı ölümü ilə bağlı AÇIQLAMA Dünən, 16:48 Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib Dünən, 16:48 Əməkdar artist Arif Mirzəyev DƏFN EDİLDİ Dünən, 16:48 SpaceX tarixə düşdü: Kosmik gəmi havada mexaniki qollarla tutuldu Dünən, 15:48 Qrip və pnevmoniyadan qorunmağın ən effektiv yolu açıqlanıb Dünən, 15:48 Can Yamanın son görünüşü müzakirələrə səbəb olub Dünən, 15:48 Təyyarənin qaçırılacağı iddiası Moskvaya uçuşu iki saat gecikdirdi Dünən, 14:48 Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu Dünən, 14:48 İran Trampı PUA hücumu ilə hədəfə almağı planlaşdırır Dünən, 14:48 Yuxusuzluq infarkt və insult riskini artırır – Həkimdən xəbərdarlıq Dünən, 14:48 Çin Nvidia-nın keçmiş rəhbərini kəşfiyyat hədəfinə çevirib? – WSJ-dən iddia Dünən, 14:48 Makron: Ukrayna NATO-da tamhüquqlu yerini tutmalıdır Dünən, 13:48 Portuqaliya millisindən Ronaldoya xüsusi JEST Dünən, 13:48 Sabah bu ərazilərdə su olmayacaq - Xəbərdarlıq Dünən, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR