3-04-2023, 23:35 551

Ekoaksiya axşam saatlarında da keçirilir, bu gün 95 avtomobil maneəsiz hərəkət edib

Havanın nisbətən soyuq olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası gecə saatlarında ruh yüksəkliyi ilə davam edir.

“Report”un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

Hazırda ekofəallar yüksək fəallıq nümayiş etdirir və tələblərini irəli sürürlər.

Gənc könüllülər dəyişməz şüarları ilə Azərbaycan cəmiyyətinin haqlı narazılığını dilə gətirir, ekoloji terrora son qoyulmasını, faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edirlər.

Aksiya dinc etirazçıların nümayiş etdirdiyi yüksək əhvali-ruhiyyə ilə davam edir.

Tələblərin dərhal yerinə yetirilməsini təkid edən gənclər bu dəqiqələrdə yolun Laçın və Xankəndi istiqamətlərində hərəkətə maneə törətmədən, üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıblar və onlar dəyişməz olaraq “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən olduğu kimi, hazırda da sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır.

Bu gün yolda Rusiya sülhməramlılarına məxsus 95 nəqliyyat vasitəsi maneəsiz hərəkət edib.

Bu da aksiya keçirilməsinə baxmayaraq, yolun humanitar məqsədlər üçün açıq olduğunun göstəricisidir.

Aksiya iştirakçılarının təhlükəsizliyini əraziyə cəlb edilmiş Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər yüksək səviyyədə təmin edirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb və 113 gündür davam edir.

Paylaş

Xəbər lenti

Bu şəxslərə maaşdan əlavə PUL VERİLƏCƏK - Yeni ilə qədər... Bu gün, 18:48 Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib Bu gün, 18:48 Fyodor Şukin Dağıstanın rəhbəri seçilib Bu gün, 18:48 Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb Bu gün, 18:48 Kənd yumurtası BAHALAŞIB - Qiymət artımının səbəbləri açıqlandı Bu gün, 18:48 Cəbrayılda GES tikintisinə icazə alınması müddəti uzadılıb Bu gün, 18:48 İstanbulda seldə ölənlərin sayı 3-ə çatdı Bu gün, 17:48 Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb Bu gün, 17:48 Bacısına mesaj yazan qaynını bıçaqladı - Abşerondakı cinayətin təfərrüatı Bu gün, 17:48 52 yaşında üçüncü dəfə ana olacaq Bu gün, 17:48 Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törədib, həbs edilib Bu gün, 17:48 Azərbaycanda ölən gənc əsgər evin tək oğlu imiş - Təfərrüat Bu gün, 17:48 Din xadiminə sui-qəsd hazırlamaqda təqsirləndirilənlərə hökm oxunub Bu gün, 17:48 Bu geyiminə görə 62 yaşlı Bred Pitti tənqid etdilər Bu gün, 17:48 Bakıda 8 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək Bu gün, 17:48 Lalə Məmmədova bu akademiyada tərcüməçi işləyir Bu gün, 16:48 Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər Bu gün, 16:48 İrandan Azərbaycana 16 kq narkotikin keçirilməsinin qarşısı alınıb Bu gün, 16:48 Toyuq kəsimi sexinin fəaliyyəti dayandırılıb - Buna görə Bu gün, 16:48 Rüşvət alarkən yaxalanan bələdiyyə sədrinə ağır cəza Bu gün, 16:48 Ermənistana qarşı sanksiyaların vacibliyi: "Haber Global" Azərbaycan liderindən sitat gətirdi Bu gün, 16:48 Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib Bu gün, 16:48 Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb Bu gün, 16:48 Qusarda vəhşi heyvanlar 3 nəfərə xəsarət yetirib Bu gün, 16:48 Azərbaycanda gənc əsgər vəfat etdi Bu gün, 16:48 Bakı Bəyannaməsi qəbul edilib Bu gün, 16:48 Sultan Hacıyev AQEM-in yeni baş katibi olacaq Bu gün, 16:48 Cütlüklərin subaylardan daha xoşbəxt olmasının SƏBƏBİ TAPILDI Bu gün, 16:48 Nəsimi Musayevin atası: "Ən böyük arzum oğlumla danışmaqdır" Bu gün, 15:48 Bilgəhdə dəhşətli qəza: iki nəfər öldü, sürücünün sərxoş olduğu bildirilir Bu gün, 15:48 Təlim toplanışında hərbi vəzifəlilərə nə öyrədildi? Bu gün, 15:48 Safura Əlizadənin İstanbuldakı evini su basdı Bu gün, 15:48 Lavrov Azərbaycana təşəkkür etdi Bu gün, 15:48 Saleh Səmədova hökm oxundu Bu gün, 15:48 İstanbulda güclü yağışlar səbəbindən 46 təyyarə başqa hava limanlarına yönləndirildi Bu gün, 15:48 Məşhur aktrisa təyyarədə stüardessanın birinə yumruq vurdu, digərini isə dişlədi Bu gün, 14:48 Bakı bulvarında diqqətçəkən MƏNZƏRƏ Bu gün, 14:48 Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır Bu gün, 14:48 Sadır Japarov: Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm Bu gün, 14:48 Emoməli Rəhmon: Yalnız qarşılıqlı ehtiram, hörmət və anlaşma ilə ortaq məqsədlərimizə nail ola bilərik Bu gün, 14:48 Laos Prezidenti: AQEM-ə tamhüquqlu üzv olmaq üzərimizdə böyük məsuliyyət və öhdəlik yaradır Bu gün, 14:48 Qatlanan iPhone modelinin təmir qiyməti dodaq UÇUQLATDI Bu gün, 14:48 Kartdan-karta pul köçürmələri ilə bağlı Mərkəzi Bankdan xəbərdarlıq Bu gün, 14:48 Vo Thi An Suan: Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verib Bu gün, 14:48 Türkmənistan Prezidenti: Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik Bu gün, 14:48 Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb Bu gün, 13:48 Azərbaycanın AQEM-də sədrliyi daha iki il uzadıldı Bu gün, 13:48 "TikTok"da canlı yayımda söyüş söyənlər saxlanıldılar Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR