
NATO baş katibi Yens Stoltenberq Alyansın Belçikanın paytaxtı Brüsseldəki mənzil-qərargahında ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə NATO-nun Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, Stoltenberq Ukraynaya verdiyi dəstəyə görə Blinkenə təşəkkür edib.
Tərəflər Kiyevə davamlı dəstəyi, Çinin iddialı davranışı və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.