
Aralıq dənizində Malta sahillərində 4,9 bal maqnitudalı zəlzələ olub.
“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların ocağı təxminən 21,6 min nəfər əhalisi olan Birkirkara şəhərindən 113 km cənub-şərqdə yerləşib. Episentr 10 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.