
Saatlıda silah-sursat aşkarlanıb.
Bu barədə "AVESTA.AZ"a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Belə ki, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayonun Hacıqasımlı kəndi ərazisində bir ədəd nömrəsi silinmiş “AKSU-74” markalı avtomat, bir ədəd qaytarıcı yay və bir ədəd patron darağı aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.