3-05-2023, 19:46 640

KİV: “Ermənistan hakimiyyəti Qərbin sanksiyalarından yayınmaqda Rusiyaya fəal kömək edir”

Ermənistan hakimiyyəti Rusiyaya Ukraynaya qarşı təcavüzə görə Qərbin tətbiq etdiyi sanksiyalardan yayınmağa fəal kömək edir.

“Report” xəbər verir ki, bu barədə Litvanın “Alfa” nəşrində dərc olunan məqalədə deyilir.

Nəşr yazır ki, Ermənistanın hakim siyasi elitasını qərbyönümlü şüarlarla siyasi opponentlərin təqibini ört-basdır edən ən mürəkkəb hakimiyyət kimi xarakterizə etmək olar: “Ermənistan Rusiyanın Ukraynaya qarşı təcavüzünün iqtisadi dayağı olaraq qalır. Bu ölkənin hakimiyyəti Rusiyanın Qərbin sanksiyalarından yayınmasına fəal kömək edir. Buraya təkcə mülki malların deyil, həm də Rusiya hərbi sənayesi üçün Avropa və Şərqi Asiyadan avadanlıqların tədarükü daxildir. Bu arada ingilisdilli erməni xəbər saytları ölkənin Qafqazda yeganə demokratik dövlət olması barədə saxta xəbərlər yayırlar”.

Məqalənin müəllifi qeyd edir ki, Ermənistan Rusiyaya sanksiya altında olan məhsulların tədarükü üçün böyük mərkəz və Ukraynaya qarşı təcavüz üçün hərbi-texniki təchizat bazası olmaqla yanaşı, həm də Rusiya-İran ittifaqına hərbi-texniki dəstək verir: “Ermənistanın imici o qədər korlanıb ki, aprelin 14-də Britaniyanın “The Telegraph” nəşri Qərbi rəsmi İrəvanla münasibətləri sərtləşdirməyə çağırıb.

“Bir çox erməni siyasətçilərinin və qeyri-hökumət təşkilatlarının bəyanatları, eləcə də bir çox başqa faktlar göstərir ki, Ermənistan Şərq avtokratiyasının klassik nümunəsi olaraq qalır”, - məqalədə deyilir.

Müəllifin fikrincə, Ermənistan hakimiyyəti müxalifətə, müstəqil jurnalistlərə və hüquq müdafiəçilərinə, xüsusən də milli azlıqların maraqlarını təmsil edənlərə qarşı klassik avtoritar təzyiq və təqib üsullarından istifadə edir.

“Ermənistanda demokratiya ilə bağlı bəyanatlar regionun xüsusiyyətlərini dərindən bilməyən Qərb ictimaiyyəti üçün nəzərdə tutulub. Bu materiallar Ermənistan hakimiyyətinin Rusiya-İran koalisiyasına dəstək praktikasının Qərb mediasında getdikcə daha tez-tez ifşa olunmasına qarşıdır”, - Rumıniyanın “Newsweek” nəşrinin məqaləsində deyilir.

Buna misal olaraq aprelin 4-də Ukraynanın “Biz-Ukraynayıq” telekanalının saytında dərc olunmuş material göstərilir. Orada qeyd edilir ki, Ermənistan təkcə Rusiyaya sanksiyaya məruz qalmış məhsulların çatdırılmasını və Rusiyaya hərbi tədarükləri asanlaşdıran əsas mərkəz rolunu oynamır, həm də Rusiya-İran alyansı üçün hərbi-logistik dəstək rolunu oynayır.

“Qafqazda guya erməni demokratiyasının unikallığı ilə bağlı bəyanatlar Ukraynada müharibə başlayandan bəri baş nazir Paşinyanın ABŞ və Aİ-yə Qərbə yenidən meylləndiyini nümayiş etdirmək cəhdlərinə bərabərdir. Əslində, “eurereporter.co” və “nytimes.com” saytlarının məlumatına görə, rəsmi İrəvan Rusiya və İranla yaxın strateji və hərbi əlaqələri dəstəkləyir. Eyni sözləri erməni “demokratiyası” haqqında da demək olar”, - “Newsweek” yazır.

Paylaş

Xəbər lenti

Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur Bu gün, 07:48 İmişlidə suvarma kanallarına suyun verilişi iki ay dayandırılacaq - Səbəb Bu gün, 00:48 İsraildə İran kəşfiyyatına məlumat ötürməkdə şübhəli bilinən şəxs tutuldu Dünən, 23:48 Süni intellekt bumunda gözlənilməz geriləmə: Şirkətlər 4,2 trilyon dollar itirdi Dünən, 23:48 İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək Dünən, 22:48 Yeni tibb fakültələri açılır: Həkim çatışmazlığı aradan qalxacaq? Dünən, 22:48 Gəncədə binada köməksiz qalan uşaq xilas edildi Dünən, 22:48 Kür çayında suyun səviyyəsi xeyli artıb Dünən, 21:48 Husilər strateji boğazda nəzarəti ələ keçirdi: Yəmən ordusu geri çəkildi Dünən, 21:48 Salyanda avtomobil yoldan çıxaraq aşıb, ana və qızı xəsarət alıb Dünən, 21:48 Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb Dünən, 20:48 Bakıda torpaq sürüşməsi: Hasarlar arasındakı məsafə üç metrə çatdı Dünən, 20:48 Prezident: "Ümummilli liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur" Dünən, 20:48 İlham Əliyev: "Radio və televiziya Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır" Dünən, 20:48 Miri Yusif "ağsaqqal" sözünə təəccübləndi Dünən, 20:48 Marketlərdə satılan doğranmış meyvələrlə bağlı XƏBƏRDARLIQ Dünən, 20:48 Azərbaycanda xəstəxananın şöbə müdiri infarktdan öldü Dünən, 19:48 Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub Dünən, 19:48 Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın Dünən, 19:48 Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib Dünən, 19:48 Sabah Bakıda bu ərazilərdə su olmayacaq Dünən, 18:48 Ağstafada sursat partlayıb: 1 nəfər həlak olub, daha biri xəsarət alıb Dünən, 18:48 Padel üzrə Respublika Kuboku yekunlaşdı! Dünən, 18:48 "Sən gəlməz oldun" ailəyə 1 milyon dollar qazandırıb" Dünən, 18:48 Milli Qəhrəmanla vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı Dünən, 18:48 Bakıda və Abşeronda küləyin sürəti 27 m/s-ə çatıb Dünən, 18:48 Cüdo üzrə Bakı çempionatına yekun vurulub Dünən, 18:48 Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb Dünən, 17:48 Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev vəfat etdi Dünən, 17:48 Azərbaycanda dəhşətli hadisə: İki nəfər minaya düşdü Dünən, 17:48 Şamaxıda doqquz ton meyvə ətrafa dağıldı, YOL BAĞLANDI Dünən, 17:48 Azərbaycan batut gimnastikası tarixində ilkə imza atıldı Dünən, 17:48 Dörd ay davam edəcək - Noyabr, dekabr, yanvar və fevral Dünən, 16:48 Sürücülərə XƏBƏRDARLIQ - Yollarda görünüş 500 metrədək məhdudlaşacaq Dünən, 16:48 Yataqxanada meyiti tapılan Elviranın müəmmalı ölümü ilə bağlı AÇIQLAMA Dünən, 16:48 Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib Dünən, 16:48 Əməkdar artist Arif Mirzəyev DƏFN EDİLDİ Dünən, 16:48 SpaceX tarixə düşdü: Kosmik gəmi havada mexaniki qollarla tutuldu Dünən, 15:48 Qrip və pnevmoniyadan qorunmağın ən effektiv yolu açıqlanıb Dünən, 15:48 Can Yamanın son görünüşü müzakirələrə səbəb olub Dünən, 15:48 Təyyarənin qaçırılacağı iddiası Moskvaya uçuşu iki saat gecikdirdi Dünən, 14:48 Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu Dünən, 14:48 İran Trampı PUA hücumu ilə hədəfə almağı planlaşdırır Dünən, 14:48 Yuxusuzluq infarkt və insult riskini artırır – Həkimdən xəbərdarlıq Dünən, 14:48 Çin Nvidia-nın keçmiş rəhbərini kəşfiyyat hədəfinə çevirib? – WSJ-dən iddia Dünən, 14:48 Makron: Ukrayna NATO-da tamhüquqlu yerini tutmalıdır Dünən, 13:48 Portuqaliya millisindən Ronaldoya xüsusi JEST Dünən, 13:48 Sabah bu ərazilərdə su olmayacaq - Xəbərdarlıq Dünən, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR