17-05-2023, 14:26 680

Moldova parlamentinin sədri:

Moldova parlamentinin sədri İqor Qrosunun "AVESTA.AZ"un Şərqi Avropa bürosuna müsahibəsi.

- Demək olar bir ildir Moldovanın təhlükəsizliyi də dünyanın əsas müzakirə mövzusudur. Ölkənizdə nə baş verir?

- Ukrayna xalqına, dostlarımıza təsir edən şeylər, əlbəttə ki, qonşulara, bizə də təsir edir. İlk növbədə humanitar məsələlərdə təsir hiss edildi. Çünki ilk məsələ ukraynalı qaçqınlara, ukraynalı həmkarlarımıza yardım etmək idi. Moldovadan tranzit kimi istifadə edib başqa ölkələrə gedənlərin, Moldovada qalanların sayı xeyli çox idi. Bunlar əsasən uşaqlar, yeniyetmələr, qadınlar, qocalar idi. Belə prosesin idarə edilməsi üzrə təcrübəmiz olmasa da, hesab edirəm ki, bu məsələnin öhdəsindən gələ bildik. Beynəlxalq tərəfdaşların fikirləri də bunu təsdiqləyir.

Əlbəttə, bunun təhlükəsizlik tərəfi də var. Dinc şəhərləri bombalayan, qışda energetika infrastruktunu dağıtmaqla insanları çətin duruma salmaq istəyən Rusiyanın atdığı raketlərin Moldova hava məkanına daxil olduğu hallar da yaşanıb. Rusiyayönümlü partiyalar, kriminal aləm və s. vasitəsilə qeyri-sabitlik yaratmaq cəhdləriylə bağlı digər hallar da mövcuddur. Rusiya artıq ölkələrindəki kriminal aləm və ya xüsusi xidmət orqanlarına bağlı olan kriminal strukturlardan yararlanmaqdan da çəkinmir. Şükür Allaha, pozuculuq planları onlarda alınmır və alınmayacaq da. Çünki bu cür ünsürlərlə necə mübarizə aparmalı olduğumuzu bilirik. Əlbəttə, bu mübarizədə tək deyilik. Ukraynalı, rumın, avropalı, Qərb tərəfdaşlarımız bizimlədir. Ona görə də fəxrlə deyə bilərik ki, Rusiyanın bizi qazı kəsməklə bağlı şantaj etmək cəhdlərinə baxmayaraq, geri qalan qışın öhdəsindən, deyərdim, çox yaxşı gəldik. Onlar heç bir söz demədən, müzakirə aparmadan, səbəb göstərmədən qazın həcmini azaltdılar. Bununla Moldova Respublikasına təzyiq göstərmək istəyirdilər. Çünki biz açıq şəkildə Ukraynaya yardım etdiyimizi və edəcəyimizi söyləmişdik.

Bizim aydın Avropa yönümlü strategiyamız var və bu strategiyaya sadiqik. Bu, xalqın istəyidir və bunu son iki seçkidə - parlament və prezident seçkilərində də nümayiş etdirdilər. Vətəndaşların əksəriyyəti özünü Avropa İttifaqının, Avropa mədəniyyətinin bir hissəsi kimi hiss edir. Həqiqətən də coğrafi cəhətdən, mədəniyyət baxımından Avropanın bir hissəsiyik. Rusiyanın məlum təcavüzündən sonra dünya iki cəbhəyə ayrılıb. Bunlardan biri qara qüvvələr olan müharibə tərəfidir, mümkünsüzü edib keçmiş imperiyanı və ya Sovet İttifaqını yenidən bərpa etməyə çalışanlardır. Digər tərəf isə insan həyatının ən vacib dəyər olduğu, söz azadlığı, insan hüquqlarının ən üst səviyyədə olduğu Avropa İttifaqıdır.

- Qonşu Ukraynada bir ildən artıqdır davam edən müharibə fonunda Moldova parlamenti ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsi üçün konkret hansı qərarlar qəbul edir?

- Avropa İttifaqı və digər ölkələrlə olan sazişləri ratifikasiya edirik. Buraya həm maliyyə yardımı, həm texniki yardım, həm müxtəlif sektorlarda məsləhətləşmələr daxildir.

- Bəs ordu ilə bağlı?

- Aİ-nin “European Peace Facility” proqramı çərçivəsində müdafiə potensialının artırılması, hava məkanımızın daha yaxşı monitorinqi məqsədilə ciddi yardım almışıq. Bu, təqribən 40 milyon avro dəyərində olan yardımdır. Büdcə barədə müzakirələr gedərkən parlament çox ciddi rol oynayır. 2023-cü il üçün büdcəsində ordu üçün resursların həcmini iki dəfə artırdıq. Bu, 30 illik müstəqilliyimiz tarixində ilk belə hal idi. Təəssüf ki, sələflərimiz bu məsələyə lazımi diqqəti göstərməmişdi.

- Dəqiq rəqəmi deyə bilərsiniz?

- 1,7 milyard Moldova leyi. Amma bu vəsait müdafiə qabiliyyətimizin gücləndirilməsinə, hərbçilərin həyatlarının yaxşılaşdırılmasına xərclənəcək.

- Bəs hərbi texnikanın alınması necə?

- O da var. Çünki hazırda arsenalımızda olanlar Sovet texnikasıdır, köhnəlmiş texnikadır. Onları yeniləri ilə dəyişirik. Bizcə, bu, düzgün qərardır və gələcəkdə də bu addımı dəstəkləyəcəyik. Artıq başlamışıq. Xaricdən “Piranha” zirehli döyüş maşınları almışıq. Bunlar köhnə Sovet texnikasını əvəz edəcək. Eyni zamanda, monitorinq sistemləri, radarlar və s. də alınıb.

- Necə düşünürsünüz, Rusiyanın Moldovaya da hücumu gözlənilirmi?

- Hazırda birbaşa təhdid görmürük.

- Gözlənilirmi?

- Yox, mən gözləmirəm. Çünki hazırda şərq cəbhəsində ukraynalı dostlarımız onları əməlli məşğul edir. Onların başqa problemləri var. Hazırda özləri müdafiə üçün istehkamlar qururlar. Biz buna görə ukraynalı dostlara minnətdarıq ki, onların qarşısını alıb.

- Sualı ona görə verdim ki, son vaxtlar tez-tez onların Ukrayna ərazisi ilə Moldovaya çatmağı planlaşdırdıqlarını eşidirik...

- Onlar bunu gizlətmir, bilirəm. İlkin planları da bu idi. Odessanı, Nikolayevi zəbt edib Moldovaya tərəf çıxmaq istəyirdilər. Amma Ukrayna xalqının, ordusunun sayəsində onların bu planı baş tutmadı. İndi də başqa problemlər yaşayırlar. Odur ki, birbaşa təhdid görmürəm. Bununla belə, bu, o anlama gəlmir ki, biz hazırlaşmamalıyıq və müdafiə potensialımızı gücləndirməməliyik.

- Qaqauziyada seçkilərdə Moldovakı hazırkı hakimiyyətə qarşı olan siyasi qüvvənin qalib gəldiyi deyilir. Moldovanın hazırkı siyasi hakimiyyətinin əks cəbhədə olduğunu nəzərə alsaq, bu, ölkələr arasında siyasi gərginliyə səbəb olmayacaq ki?

- Düşünmürəm. Çünki Moldova əhalisinin əksəriyyəti Avropaya inteqrasiyanın tərəfdarıdır və son sorğular açıq-aydın göstərir ki, Moldova Respublikasının vətəndaşları özləri, övladları üçün normal yaşayış, Avropa İttifaqına inteqrasiya etmək istəyir. Biz Ukrayna ilə birgə çox qısa zamanda namizəd statusu ala bilmişik. Hətta bu ağır vəziyyətdə belə Ukrayna ilə birlikdə ilin sonuna qədər hazır olmağa və Aİ-yə qoşulmaqla bağlı danışıqların başlanması barədə qərar qəbul edilməsinə çalışırıq. Bu, çox əziyyətli iş olacaq. Amma biz hazırıq. Aİ ölkələrindən - Rumıniyadan, Baltikyanı ölkələrdən, bu proseslərdən keçmiş digər ölkələrdən texniki-ekspert dəstəyi alırıq.

- Son vaxtlar Moldovanın Rumıniyaya birləşdirilməsi məsələsini tez-tez eşidirik. Bu nə qədər realdır? Ümumiyyətlə, bu barədə referendumun keçirilməsi gözlənilirmi?

- Əhalinin bir hissəsi bu barədə açıq-aydın fikrini deyir.

- Bəs siz nə deyirsiz?

- Mən deyirəm ki, biz bir millətik.

- Yəni bunun tərəfdarısınız?

- Mən bir olmağımızı, Moldova və Rumıniya arasında sərhəd olmamasının tərəfdarıyam.

- Siz Moldovanın Rumıniyanın tərkibində olmasının lehinəsiniz?

- Xeyr, arzulanan şeyləri həqiqət kimi göstərmək düzgün deyil. Mən real olanı deməyi üstün tuturam. Real olan isə Aİ üzvü olmaq və Moldova ilə Rumıniya arasında sərhədin yox olmasıdır. Çünki bu sərhəd Rusiya imperiyasının və Sovet İttifaqının yaratdığı maneədir. Eyni dili danışırıq, eyni dinin mənsubuyuq, eyni mədəniyyəti, tarixi bölüşdürürük. Hazırda referendum keçirilməsi məsələsi mövcud deyil. Hamımız inteqrasiya prosesinə köklənmişik. Səmimi şəkildə deyim ki, bu yol, yəni Avrointeqrasiya bizə Rumıniya, Avropa İttifaqı ilə birlikdə olmağa kömək edəcək.

- Baxın, Fransa və Belçika arasında sərhəd yoxdur. Amma onlar ayrı-ayrı dövlətlərdir. Moldova və Rumıniya ilə bağlı fikriniz necədir, belə olacaq, yoxsa birləşəcəklər?

- Yox, axı dedim, bu rəmzi sərhəd olacaq, elə dediyiniz Belçika və Fransa arasında olandan. Bu elə-belə, durduq yerdə qərar verilməyəcək siyasi qərardır. Cəmiyyətdə çox şey müzakirə oluna bilər. Baxın, əhalinin bir hissəsi Rumıniya ilə birləşmək istəyir, ona görə də bunun müzakirə olunması təbiidir.

- Azərbaycanla parlamentlərarası əlaqə hansı səviyyədədir? Hansı yeni əməkdaşlıqlar gözlənilir?

- Arzu edirəm ki, başlatdığımız əməkdaşlığı bir qədər də dərinləşdirək. Energetika sahəsində də əməkdaşlığa başlamışıq. Bundan əlavə, investisiyaların cəlb edilməsi məsələsini də çox fəal fikirləşirik. Milli Məclisin sədri xanım Qafarovanı ölkəmizə səfərə dəvət etmişəm. İndi xanım Qafarovanın iş proqramında səfər üçün vaxt ayıra biləcəyi zaman kəsiyi ilə bağlı qarşı tərəfdən məlumat gözləyirik. Mən Bakıda oldum, çox yaxşı qəbul elədilər. Hətta Şuşaya getdim, oradakı bərpa və yenidənqurma işləri ilə yaxından tanış oldum. Sonra da həmkarımı Moldovaya səfərə dəvət etdim. Onu burada görməkdən çox məmnun olacağıq.

- Türkiyədəki seçkiləri necə dəyərləndirirsiniz?

- Gəlin, ikinci tutun necə keçəcəyini gözləyək. Bizim üçün Türkiyə vacib tərəfdaşdır. Bu anda heç bir namizəd barədə danışmaq, onu dəyərləndirmək istəmirəm. Ərdoğan ilə görüşmək şərəfinə nail olmuşam, güclü şəxsiyyətdir. Amma dediyim kimi, hazırda heç bir namizəd barədə danışmaq istəmirəm. Arzu edirik ki, seçkilər uğurla keçirilsin, sakit, mübahisəsiz seçki olsun, xalq da arzuladığı prezidenti seçsin və Türkiyə də regionda sabitliyə zəmanət rolunu davam etdirsin.

Paylaş

Xəbər lenti

Bakıda 49 nömrəli marşrutun son dayanacaq məntəqəsi müvəqqəti dəyişdirilib Bu gün, 14:48 "Yaprak Dökümü"nün aktyoru: "Ölüm səhnəsinə çəkilərkən, gülürdük" Bu gün, 14:48 Kino Agentliyi: "44" filminin nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaq Bu gün, 14:48 Paytaxtın bu hissəsində qaz təchizatında fasilə yaranacaq Bu gün, 14:48 ABŞ yarım milyard dollara yaxın uzaqmənzilli raketlər alıb Bu gün, 14:48 Bir qrup energetik təltif edilib - Sərəncam Bu gün, 14:48 Türkiyəli partiya sədrindən Azərbaycana böhtan atanlara sərt cavab Bu gün, 14:48 Yaponiya səfiri: Azərbaycanın Orta Dəhlizdə əhəmiyyəti artmaqda davam edir Bu gün, 14:48 Ötən həftə 1420 hektar ərazi minalardan təmizlənib Bu gün, 14:48 Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub Bu gün, 14:48 Murat Boz: "Pul qazanmaq asan deyil!" Bu gün, 13:48 Türkiyədə seldən ölənlərin sayı 9-a çatdı Bu gün, 13:48 Belarus parlamentinin sədri Ağdamda aqroşəhərciyin tikintisinin gedişatı ilə tanış olub Bu gün, 13:48 Qəza siqnalı verən Rusiya təyyarəsi təcili eniş etdi Bu gün, 13:48 Bu kənddə yeni elektrik şəbəkəsi qurulacaq - 3,5 milyonluq LAYİHƏ Bu gün, 13:48 Novruz bayramı günü bibisinin oğlunu öldürdü Bu gün, 13:48 Tramp Zelenskini Rusiyadakı neft emalı zavodlarına hücumlara görə tənqid edib Bu gün, 13:48 Gülben Ergen bu tarixdə BAKIYA GƏLİR Bu gün, 13:48 Torpaq və mənzillər BAHALAŞIR: İlin sonuna qədər qiymətlər nə qədər QALXACAQ? Bu gün, 13:48 Nadir rast gəlinən xərçəng növləri açıqlanıb Bu gün, 13:48 Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb Bu gün, 13:48 Məktəb direktorunun maşınının qəsdən yandırılması ilə bağlı bir nəfər də həbs olundu Bu gün, 12:48 Qasım Bayramova Naxçıvanda vəzifə verildi Bu gün, 12:48 Aygün Kazımova Leyla Əliyevanın sözlərinə mahnı oxudu Bu gün, 12:48 Koutinyo "Liverpul"dan ayrılmağı karyerasının ən böyük səhvi hesab edir: Klopp ona nə deyib? Bu gün, 12:48 Rusiyada hava limanında 31 kiloqram radioaktiv göbələk aşkarlandı Bu gün, 12:48 Asif Məmmədov Premyer Liqada son 18 mövsümün rekordunu qırıb Bu gün, 12:48 Sabah rayonlara yağış yağacaq - Proqnoz Bu gün, 12:48 Peruda gözəllik kraliçasının cəsədi tapıldı: Anestezioloq həbs edildi Bu gün, 11:48 Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə Bu gün, 11:48 Azərbaycanlı blogerin atasının beyninə qan sızıb - "Təcili yardım deyir biz o əraziyə baxmırıq" Bu gün, 11:48 Astarada Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş yarışı keçirilib Bu gün, 11:48 "Çıraq" şadlıq sarayı ilə bağlı İDDİA: Müştərilərə iylənmiş ətdən yemək verilib? Bu gün, 11:48 Bakıda azyaşlının burnundan gilas tumu çıxarıldı - 2 ildir qalıbmış Bu gün, 11:48 Bakıda 25 yeni yol çəkiləcək - Tıxac problemi NECƏ HƏLL OLUNACAQ? Bu gün, 11:48 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - SƏRƏNCAM Bu gün, 11:48 Anar Bayramov səhiyyə naziri təyin edilib Bu gün, 11:48 Teymur Musayev Baş nazirin müavini təyin olunub, səhiyyə naziri vəzifəsindən azad edilib Bu gün, 11:48 Prezidentin yeni səhiyyə naziri təyin etdiyi Anar Bayramov kimdir? - DOSYE Bu gün, 11:48 Baş nazirin müavini təyin edilən Teymur Musayevin DOSYESİ Bu gün, 11:48 ATPF Qazaxıstanda keçirilən World Tennis Baş Assambleyasında təmsil olunub Bu gün, 11:48 Küləkli hava ilə bağlı sürücülərə VACİB MÜRACİƏT Bu gün, 10:51 Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə Bu gün, 10:50 Hərbi qulluqçumuz mürəkkəb ürək əməliyyatı keçirdi Bu gün, 10:50 Azərbaycanda kimlərin maaşının artracağı məlum oldu Bu gün, 10:49 Fransalı nazir istefa ərizəsini yazdı Bu gün, 10:49 Bəhruz Əhmədov Laçında hərbçilərlə görüşüb Bu gün, 10:49 Azərbaycanın Ermənistana builki ixracının dəyəri 23 milyon dolları keçib Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR