19-05-2023, 16:47 803

Rəşad Dağlının qardaşı:

Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) cinayət işi üzrə məhkəmə iclası keçirilib.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Rəşad Dağlının qardaşı Ağamalı Əmirov dindirilib.

O bildirib ki, Rəşad Dağlının meneceri kimi fəaliyyət göstərib:

"Mərhum İskəndəri meyxanaçı Ələkbər Yasamallının qohumu kimi tanıyırdım. Şəxsi tanışlığım yox idi. Bir neçə dəfə İskəndər mənə zəng vurdu ki, Rəşadla vacib görüşməlidir. Mən Rəşada dedim, o da söylədi ki, fikir vermə. Daha sonra onun telefonlarına cavab vermədim. Hadisədən iki gün əvvəl İskəndər yenə zəng vurdu, açmadım. Mesaj yazdı ki, "təcili Rəşadla görüşməliyəm, sonra gec olacaq". Mən də bu barədə Rəşada məlumat verdim. Sonra İskəndər mənim nömrəmi bloka atdı".

Şahid söyləyib ki, hadisə günü gecə saat 04-də Rəşad ona zəng edib: "Məni küçəyə çağırdı, evdən gödəkçəsini gətirməyimi dedi. Evə çıxıb gödəkçəni gətirəndə Rəşad getmişdi. Nə qədər zəng vurdum, telefonu açmadı. Hardasa bir saat sonra Rəşad zəng vurub məni çağırdı. Gəldim ki, Rəşad şok vəziyyətdədir. Bildirdi ki, "İskəndəri öldürdüm, məni polisə təslim et". Soruşdum ki, "niyə öldürdün?" "Heç nə" bilmirəm söylədi. Bir də baxdım ki, İskəndər qan içindədir. Rəşad heç vaxt üstündə bıçaq gəzdirməzdi”.

Prosesdə ifadə verən digər şahid Yaşar Abdullayev isə bildirib ki, bıçağı onun mağazasından alıb: "Hadisə günü gecə Rəşad bizim mağazaya gəldi. Mağazada isə oğlum olub. Gəlib bizim mağazadan suvenir bıçağı alıb gedib. Səhər eşitdim ki, Rəşad qətl törədib".

Daha sonra digər şahid, qətlə yetirilən İskəndər Mehdiyevin qohumu Azər Quliyev də dindirilib. O söyləyib ki, Rəşad Dağlı ilə münasibəti olmasa da onu uşaqlıqdan tanıyır: "Hadisədən 10-15 gün əvvəl məclisdə idik. İskəndər məndən danışmaq üçün telefon istədi, verdim. O, Rəşadı yığdı, açmadı. Sonra mənə dedi ki, ona mesaj yazım. Mesaj yazdım, Rəşad dərhal zəng vurdu. İskəndər Rəşada bildirdi ki, "təcili görüşməliyik". Rəşad soruşdu ki, "niyə görüşək?" Dedi ki, "telefon söhbəti deyil". Ondan sonrakı prosesdən xətrimə yoxdu".

Proses iyunun 9-da davam etdiriləcək.

Xatırladaq ki, qətl hadisəsi ötən il noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.

Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib.

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.

Paylaş

Xəbər lenti

SEPAH ABŞ-nin Bəhreyndəki hərbi bazasının radarına PUA-larla hücum edib Bu gün, 09:49 Sumqayıtda 16 yaşlı məktəbli dostunu telefon üstündə daşla vurdu: Məhkəmə qərar verdi Bu gün, 09:49 Rəşad Məcidə ağır itki üz verdi Bu gün, 09:49 İranda sərnişin avtobusu aşdı: 11 nəfər öldü, 19 nəfər yaralandı Bu gün, 09:48 UEFA Millətlər Liqasında bu gün 8 qarşılaşma keçiriləcək Bu gün, 09:48 ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılmasının səbəbi açıqlanıb Bu gün, 09:48 Fulya Öztürk Leyla Əliyeva ilə videosunu onun sözlərinə bəstələnən mahnı ilə paylaşdı Bu gün, 00:48 Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi Bu gün, 00:48 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb Dünən, 23:48 Əliyar Ağayev UEFA Millətlər Liqası matçına təyinat aldı Dünən, 23:48 Bakıda mühüm tunelin tikintisində işlər dayanıb: Ərazidə nə işçi var, nə də texnika Dünən, 23:48 Portuqaliyada on minlərlə insan mənzil qiymətlərinin artmasına etiraz edir Dünən, 23:48 COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb Dünən, 23:48 Almaniya qaz qıtlığı riski səbəbindən kömür elektrik stansiyalarının işini bərpa edə bilər Dünən, 23:48 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi Dünən, 22:48 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi Dünən, 22:48 Bakıda təhlükəli vəziyyət: "Burada dəfələrlə qəza olub" Dünən, 22:48 Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü Dünən, 21:48 Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər Dünən, 21:48 İran turizm marşrutlarını Məşhəddən kənara genişləndirmək istəyir Dünən, 21:48 Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb Dünən, 21:48 Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb Dünən, 21:48 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı Dünən, 20:48 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb Dünən, 20:48 Bakı və London arasında tarixi razılaşma: Strateji tərəfdaşlıq nələri dəyişəcək? Dünən, 20:48 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi Dünən, 20:48 Zelenskidən Ukraynanın neytral statusu ilə bağlı bəyanat Dünən, 19:48 Azərbaycan FAMEX-ə dəvət edilib Dünən, 19:48 Qara dənizdə yük gəmisinə PUA hücumu olub Dünən, 19:48 "Naxçıvan" voleybol klubu ardıcıl ikinci qələbəsini qazanıb Dünən, 19:48 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər Dünən, 18:48 Görmə itkisinə aparan xəstəliklər hansılardır? Dünən, 18:48 Türkiyədə milyardlıq əməliyyat: Otel və əyləncə mərkəzləri müsadirə edildi Dünən, 18:48 SOCAR Türkiyədə nafta istehsalını 17 %-ə yaxın artırıb Dünən, 18:48 Sarı və narıncı xəbərdarlıq: Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi Dünən, 18:48 Bakı avtobuslarında sərnişin bumu Dünən, 17:48 Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb Dünən, 17:48 Mərdanovlar ailəsi aylardır qorxu içində: "O səs qulağımdan getmir" Dünən, 17:48 Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib Dünən, 17:48 Sabiq nazirə ağır itki üz verdi Dünən, 17:48 Büdcə üçün risk: Hesablama Palatası açıqladı Dünən, 17:48 SOCAR-ın Türkiyədəki zavodu sentyabrda aviayanacaq istehsalının həcmini açıqlayıb Dünən, 17:48 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb Dünən, 16:48 Rusiya modern "İsgəndər" raketləri ilə Ukraynanı ikiyə bölməyi hədəfləyir Dünən, 16:48 Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb Dünən, 16:48 STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 %-ə yaxın artırıb Dünən, 16:48 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib Dünən, 16:48 Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR