
Salyan sakini intihar edib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Şəkərli kəndində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakini 1997-ci il təvəllüdlü Əsədov Vüsal Əliqardaş oğlu yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.
İntiharın başvermə səbəbi hələlik bəlli deyil.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.