
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Siyasi Birliyinin sammitinə gəlib.
"AVESTA.AZ"un Moldovaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan Prezidentini Moldova Prezidenti Mariya Sandu qarşılayıb.
Sammitdə 40-dan çox dövlət başçısı, eləcə də Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, Avropa Parlamentinin Prezidenti Roberta Metsola və Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel iştirak edir.
Qeyd edək ki, tədbir Kişineudan 35 km aralıda yerləşən Bulboaka kəndində, Mimi qəsrində keçirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.