
Türkiyənin xarici işlər naziri Hakan Fidan iyunun 5-dən vəzifə səlahiyyətlərinin icrasına başlayıb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlunun tviter səhifəsində bildirilib.
Məlumata görə, iyunun 5-də Türkiyənin Xarici İşləri Nazirliyində Mövlud Çavuşoğlunun vəzifəsini təhvil-təslim mərasimi olub.
Qeyd edək ki, Hakan Fidan bundan əvvəl Türkiyənin Milli Kəşfiyyat Təşkilatına (MİT) başçılıq edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.