26-01-2022, 14:50 993

Şuşa həbsxanasında ağlasığmaz işgəncə metodları -

Şuşa həbsxanasında saxlanılan azərbaycanlı əsir və girovlara ağlasığmaz metodlarla işgəncələr veriblər, hətta onları bir-birlərinə işgəncə verməyə məcbur ediblər.

Avesta xəbər verir ki bu haqda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov APA-ya müsahibəsində danışıb.

“Tarixə nəzər salsaq, görərik ki, hələ I Dünya müharibəsində, əsasən, Türkiyəyə qarşı döyüşmüş erməni terrorçu dəstələri əsirlərə və mülki əhaliyə qarşı çox dəhşətli işgəncə növləri tətbiq ediblər. Bizim apardığımız araşdırmalar göstərir ki, həmin işgəncə növləri I Qarabağ müharibəsində inkişaf etdirilərək yeni çalarlarla tətbiq edilib. Yəni Ermənistan hərbçiləri bu sahədə öz sələflərindən geri qalmayıb, hətta onlardan irəli gediblər”, - İ.Axundov deyib.

Onun sözlərinə görə, I Qarabağ müharibəsi ilə bağlı aparılan araşdırmalar göstərir ki, Ermənistan hərbçiləri azərbaycanlı əsir və girovlara özləri işgəncə verməklə yanaşı, onları hər hansı açıq meydanda toplanmış mülki erməni əhalinin də ixtiyarına verərək işgəncələr verdiriblər.

“Eyni zamanda, əsir və girovları bir-birinə qarşı işgəncə verməyə məcbur ediblər. Təsəvvür edin, Şuşa türməsində saxlanılmış əsirlərin bir çoxu bildirir ki, onları türmənin həyətində və hasarın üzərində saatlarla it və digər heyvanların səslərini çıxarmağa məcbur ediblər. Bu cür ağlagəlməz və ancaq erməni terror düşüncəsinin məhsulu olan işgəncə növləri azərbaycanlı əsir və girovlara qarşı tətbiq olunub. Xüsusilə insanların dişlərinin kəlbətinlə çıxarılması, başlarına mismar çalınması, damarlarına dizel yanacağı yeridilməsi və s. həyata keçirilib. Əsirlikdən azad edilənlər danışır ki, Şuşa həbsxanasına yeni gətirilənləri dəmir gürzlə vuraraq onları: “Evimə xoş gəldim” - deməyə məcbur edirmişlər. Qeyd edim ki, Şuşa şəhəri işğaldan azad edildikdən sonra Dövlət Komissiyasının əməkdaşları oraya baxış keçirib. Maraqlı fakt ondan ibarətdir ki, əməkdaşlarımız oraya baş çəkərkən əsirlərin haqqında bəhs etdiyi dəmir gürzü də oradan taparaq dəlil kimi götürüblər. Biz həmin gürzü deyilənlərə sübut kimi “Zəfər Muzeyinə” təqdim etməyi düşünürük”, - İşçi qrupunun rəhbəri vurğulayıb.

Xatırladaq ki, I Qarabağ müharibəsində azərbaycanlı əsir və girovlara Şuşa həbsxanasında amansız işgəncələr verən erməni hərbi canilərdən ikisi – Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviç 44 günlük müharibədə döyüşçülərimiz tərəfindən tutulmuşdu. Sonradan bu hərbi canilər Bakıda məhkəmə qarşısına çıxarıldılar və keçmiş hərbi əsirlər zərərçəkənlər qismində onların törətdiyi dəhşətli əməlləri bütün təfərrüatları ilə məhkəmənin gedişində danışdı. Məhkəmənin yekununda Mkrtiçyan və Xosrovyan hərəsi 20 il həbsə məhkum edildilər.

Paylaş

Xəbər lenti

Səudiyyə Ərəbistanında iki Banqladeş vətəndaşı edam edilib Bu gün, 16:48 İlyas Yalçıntaş barəsində 10 ildən çox həbs cəzası tələb olunur Bu gün, 16:48 Çaylardan sel keçəcək, dolu düşəcək Bu gün, 16:48 Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü ilə əlaqədar təbrik edib Bu gün, 16:48 Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı qərar verəcəyini açıqlayıb Bu gün, 15:48 Hindistanda yük maşını izdihamın üzərinə çırpılıb: 15 nəfər ölüb Bu gün, 15:48 Azərbaycanın nəqliyyat infrastrukturunda yeni dövrün başlanğıcı: Ödənişli yollar effektlidirmi? Bu gün, 15:48 "Qalatasaray"ın futbolçusu Rafael Leaunun zədəsinin səbəbi bəlli olub Bu gün, 14:48 Rusiya ərazisində 1015 pilotsuz uçuş aparatı məhv edilib Bu gün, 14:48 Fransada etirazlar zamanı mağazalarını qorumağa çalışan qadının görüntüləri yayıldı Bu gün, 14:48 Estoniya Ukraynaya əlavə 10 milyon avro ayıracaq Bu gün, 14:48 İran ABŞ və İsrailə qarşı daha dağıdıcı əməliyyat planı hazırladığını açıqlayıb Bu gün, 13:48 Türkiyə millisinin müvəqqəti baş məşqçisi müəyyənləşdi Bu gün, 13:48 Almaniyada türkiyəli narkobaron silahlı şəxslərin köməyi ilə həbsdən qaçıb Bu gün, 13:48 Salyanda avtomobil aşıb, 3 nəfər xəsarət alıb Bu gün, 12:48 Qırğızıstanda TÜRKPA-nın 15-ci plenar iclası keçiriləcək Bu gün, 12:48 Litvada dron təhlükəsi ilə bağlı qırmızı hava həyəcanı elan edilib Bu gün, 12:48 Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb: İki nəfər ölüb Bu gün, 12:48 Pezeşkian: İran heç bir ölkəyə hücum etmək niyyətində deyil Bu gün, 12:48 Türkiyə Azərbaycana Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik ünvanlayıb Bu gün, 12:48 Şouları ilə dünyaya səs salan azərbaycanlı qardaşlar: "Biz hələ də məşq edirik" Bu gün, 12:48 Holann Premyer Liqa tarixində yeni rekorda imza atıb Bu gün, 12:48 Zelenskidən sonra Ukrayna prezidentinin səlahiyyətlərini yalnız parlament sədri icra edə bilər Bu gün, 12:48 Gəncədə qəza: Ana və iki azyaşlı övladı xəsarət aldı Bu gün, 12:48 "Haber Global": Azadlıqdan Qarabağ zəfərinə - Azərbaycanın müstəqillik yolu Bu gün, 12:48 Papa XIV Leo ağciyərindəki şişlə bağlı əməliyyatdan sonra xəstəxanadan evə buraxılıb Bu gün, 10:48 BƏƏ-yə məxsus yedək gəmisinə mərmi atılıb, yaralı var Bu gün, 10:48 Polşada hava məkanının pozulması ehtimalı araşdırılır Bu gün, 10:48 Antalyadan Moskvaya uçan təyyarə Sankt-Peterburqa yönləndirilib Bu gün, 10:48 Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb Bu gün, 10:48 Kanadada hərbi bazada partlayış: Ölən və yaralananlar var Bu gün, 10:48 İnter Mayami səfərdə Atlanta Yunayted üzərində qələbə qazanıb Bu gün, 10:48 Kürdəmirdə qatar yoluna çıxan kişi öldü - ADY-dən açıqlama Bu gün, 10:48 "Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb Bu gün, 09:48 Mehriban Əliyevadan Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım Bu gün, 09:48 Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq Bu gün, 09:48 Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın söndürülüb Bu gün, 09:48 Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür Bu gün, 09:48 U-23 dünya çempionatı: Azərbaycanın daha iki güləşçisi medal qazanıb Bu gün, 09:48 Tramp: İranla müharibə bitəndən sonra benzinin qiyməti düşəcək Bu gün, 09:48 Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib Bu gün, 00:48 Şəhid zabitin həyat yoldaşı: "Dedim ki, səndən başqa heç kimim yoxdur" Bu gün, 00:48 Fransada etiraz aksiyaları zamanı qarşıdurmalar baş verib Bu gün, 00:48 Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür Bu gün, 00:48 Sudan ordusu Çevik Hərəkət Qüvvələrinin onlarla döyüşçüsünün öldürüldüyünü açıqlayıb Dünən, 23:48 Xəstəni 40 dəqiqə döydüyü iddia edilən sanitar danışdı: "Böhtan ataraq məni işdən çıxarıblar" Dünən, 23:48 Qurban Qurbanov: "Yeni futbolçuların uyğunlaşması üçün vaxt lazımdır" Dünən, 23:48 Azərbaycanda dəniz nəqliyyatı ilə 7 milyon tona yaxın yük daşınıb Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR