
Bu ilin yanvar-may aylarında Azərbaycanda dəmir yolu ilə 7,6 milyon ton yük, 2,7 milyon sərnişin daşınıb.
“AVESTA.AZ” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 % və 57,2 % çoxdur.
Hesabat dövründə sutkada orta hesabla 430 vaqon yüklənib, 416 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 21,8 min ton, Qərb istiqaməti üzrə 2,9 min ton, Cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.