
Daşkəsən şəhərində yerləşən restoranların birində qonaqlar arasında yaşanan mübahisə davaya çevrilib, xəsarət alan var.
"Report"un Qərb bürosunun məlumatına görə, dava rayon sakinlərindən birinin övladının orta məktəbi bitirməsi münasibəti ilə təşkil edtdiyi məclisdə baş verib.
Nəticədə Daşkəsən rayon sakini, 1997-ci il təvəllüdlü İ.Cəfərov baş və üz nahiyəsindən xəsarət alıb.
O, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.
Hadisənin hansı səbəbdən baş verdiyi isə hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.