
İtaliyada üç gün əvvəl yoxa çıxan helikopterin qalıqları tapılıb.
Toskana və Emilia-Romanya bölgələri arasında radarlardan itən helikopterin qalıqları Apennin dağlarında aşkarlanıb. 1922 metr yüksəklikdə helikopterin qalıqları ilə yanaşı, 5 nəfərin cəsədi də tapılıb.
Xatırladaq ki, iyunun 9-da radarlardan itən helikopterin göyərtəsində bir italyan pilot, dörd türk və iki livanlı olmaqla ümumilikdə yeddi nəfər olub. /Azərtac/
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.