
Türkiyənin Sakarya şəhərinin Adapazarı rayonunda toy günü bəyin dostları qəribə zarafat ediblər.
Avesta xəbər verir ki, adət-ənənəyə görə, qızıl-zinət əşyalarını taxmaq mərasimində ailəsi və yaxınları növbə ilə yeni ailə quran cütlüyü təbrik etməyə başlayıblar. Bu zaman bəyin dostları “Kurtlar vadisi” serialının musiqisi sədaları altında ona adının yazılı olduğu məzar daşı hədiyyə edərək, ardınca dua da oxuyublar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.